Nida.az
“İkili standart bu cür hərəkətlərə rəvac verir”- Oqtay Əsədovdan mesaj
Aprelin 1-də Milli Məclisin Sədri Oqtay Əsədov Avstriya Milli
Şurasının sədr müavini Karlheinz Kopfun başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Milli Məclisin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata
görə,spiker qonağı səmimi salamlayaraq ölkələrimiz arasında
əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib. Bildirib ki,
dövlət başçılarının görüşləri zamanı aparılan danışıqlar və
ölkələrimiz arasındakı imzalanmış sənədlər əlaqələrimizin
hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıbdır: “Siyasi
müstəvidə əldə edilən nailiyyətlər həyatın digər sahələrinə də öz
təsirini göstərməkdədir. Fərəhli haldır ki, son 10 ildə ölkələrimiz
arasındakı ticarət dövriyyəsinin həcmi 85 faiz artmışdır. Bu
sahədəki potensial münasibətlərimizin daha da dərinləşməsinə yaxşı
zəmin yaradır. Əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlməsi xalqlarımızın mənafeyinə xidmət edir. Tanınmış Avstriya
şirkətlərinin Azərbaycandakı fəaliyyətini biz təqdirəlayiq hesab
edirik. Bakıda Xalça muzeyində, Qız qalasının bərpasında, ölkənin
Şimalında Qış Xizək Kompleksinin ərsəyə gəlməsində bu şirkətlərin
fəaliyyətini müsbət dəyərləndiririk”.
O. Əsədov qeyd edib ki, parlamentlər səviyyəsində
münasibətlərimizin dərinləşməsi dövlətlərarası əməkdaşlığın
genişlənməsinə öz təsirini göstərir: “Parlament nümayəndə
heyətlərimizin qarşılıqlı səfərləri, mötəbər beynəlxalq
təşkilatlarda birgə iştirakı, bu baxımdan çox önəmlidir. Azərbaycan
parlamentində dünyanın 75 ölkəsinin qanunverici orqanı, o cümlədən
Avstriya parlamenti ilə dostluq qrupu fəaliyyət göstərir. Biz
Avstriya parlamentində də Milli Məclislə əlaqələr üzrə ayrıca belə
bir qrupun yaradılmasını arzu edirik”.
Spiker Azərbaycanın Avropaya inteqrasiya yolunda addımladığını
diqqətə çatdıraraq, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq
etmək istəyini bir daha vurğulayıb. Bildirib ki, bu prosesə böyük
maneçilik törədən Dağlıq Qarabağ münaqişəsi aradan qaldırıldıqdan
sonra əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qalxması haqqında
düşünmək olar.
“Çox təəssüf ki, dünya birliyi münaqişənin əvvəlində separatizmə
öz kəskin etirazını bildirmədiyi səbəbindən problem bu həddə gəlib
çatmışdır. BMT-nin 4 qətnaməsinə məhəl qoymayan Ermənistan
işğalçılıq siyasəti yeritməkdə davam edir. Bugünkü beynəlxalq
hüquqda mövcud olan ikili standart bu cür hərəkətlərə rəvac verir.
Biz bu sahədə beynəlxalq birliyin prinsipiallıq nümayiş
etdirməyinin tərəfdarıyıq”-deyə spiker əlavə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq ölkələrimiz
arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib.
Bildirib ki, bu gün müxtəlif səviyyələrdə olan əlaqələrimizin daha
da dərinləşməsi ümumi mənafelərə xidmət edir. Bu baxımdan
parlamentlərarası münasibətlərin genişlənməsi çox
önəmlidir.
Avstriya parlamentinin sədr müavini Karlheinz Kopf ölkəsinin
Milli Şurasının tərkibi və fəaliyyəti haqqında spikerə məlumat
verərək Azərbaycanla əlaqələr üzrə ayrıca dostluq qrupunun
yaradılması barədə məsələnin öz parlamentində qaldıracağını
söyləyib.
Qəbulda parlamentlər səviyyəsində, siyasi, iqtisadi, mədəni
sahələrdə münasibətlərimizin bu günü və gələcək inkişaf
perspektivləri, regional münaqişələrin həlli yolları barədə fikir
mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov,
parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Avstriya ilə
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Cavid
Qurbanov, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov,
Avstriyanın Azərbaycandakı səfiri xanım SilviaMeyer-Kaybiç və digər
rəsmi şəxslər iştirak ediblər.
Daha sonra Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun üzvləri ölkəmizdə səfərdə olan Avstriya parlamentinin
nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri Cavid Qurbanov Qərblə Şərq arasında körpü olan
Azərbaycanın özəlliklərindən, tarixi nailiyyətlərindən bəhs edib.
Ölkələrimiz arasındakı münasibətlərin əsasının hələ orta əsrlərdə
qoyulduğunu nəzərə çatdıraraq qeyd edib ki, Azərbaycanın
müstəqilliyi dövründə dövlətlərarası əlaqələrimiz xeyli genişlənib.
Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
Avstriya kansleri və digər rəsmiləri ilə görüşləri, qarşılıqlı
səfərlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət
edib.
Cavid Qurbanov Azərbaycanın müstəqilliyi dövründə keçdiyimiz
yoldan, Avropaya inteqrasiyadan, demokratik dövlət quruculuğu
istiqamətində atılan addımlardan və qazanılan uğurlardan söz açıb.
Bildirib ki, biz Avstriyanı özümüzə dost ölkə bilir və Avstriya
xalqına çox ehtiramla yanaşırıq. Azərbaycanın qapıları Avstriyanın
biznesmenləri və iş adamları üçün həmişə açıqdır.
Görüşdə nümayəndə heyətinin rəhbəri, Avstriya Milli Şurasının
ikinci Prezidenti Karlheinz Kopf Şərqi və Mərkəzi Avropa dövlətləri
ilə əməkdaşlığı daha da genişlənmdirmək niyyətində olduqlarını
bəyan edərək Azərbaycanla münasibətlərin inkişafına böyük önəm
verdiklərini deyib. Azərbaycanda müstəqilliyin 23 ili ərzində çox
böyük işlər görüldüyünü məmnunluqla vurğulayıb. Qanunvericilik
sahəsində Avropa standartlarına üstünlük verilməsini, eyni zamanda
Azərbaycanın öz tarixi keçmişinə və ənənələrinə sadiqliyini yüksək
qiymətləndirib. Qonaq qeyd edib ki,parlamentlərarasıəlaqələrimizin
daha da inkişafına diqqət yetirməklə yanaşı çalışacağıq ki,
Avstriyadan çoxlu iş adamları Azərbaycana gəlsin və əməkdaşlıq
əlaqələrimiz genişlənsin.
Sonra Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun üzvlərindən Milli Məclisin komitə sədri Eldar İbrahimov və
deputat Gülçöhrə Məmmədova fikirlərini bölüşərək
Azərbaycan-Avstriya münasibətlərinin inkişafında hər iki ölkənin bu
görüşdə də iştirak edən səfirləri Qalib İsrafilov və xanım Silviya
Meyer-Kaybiçin xidmətlərini yüksək qiymətləndiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Asif
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi