Nida.az
12 dəfə ölümlə üzləşən veteran: “Allahın gücü sayəsində sağ qaldım” – FOTOLAR/VİDEO
Bu gün dünyanın 15-dən çox ölkəsində, o cümlədən SSRİ dövlətlərində təntənəli şəkildə qeyd edilən qələbənin əldə edilməsində keçmiş Azərbaycan SSRİ-nin müsətsna xidmətləri olub. Sovet rəhbərliyinin və generalların da dediyi kimi, Bakı nefti və duru yanacağı olmadan faşizm üzərində qələbə qazanmaq mümkün olmazdı. Lakin Azərbaycan xalqı Böyük Vətən Müharibəsinə təkcə maddi ehtiyatları, təbii sərvətləri ilə deyil, öz qəhrəmanları ilə töhvə verib.
Publika.az onlardan biri, “Qırmızı ulduz” ordenli Məhəmməd Əliyevlə müsahibəni təqdim edir:
“Almanlar iki paraxodumuzu batırdılar”
1920-ci ilin aprelində Astaranın Şiəkəran kəndində dünyaya gəlmiş Mirməhəmməd Əliyev 1941-ci ilin iyununda könüllü olaraq cəbhəyə yollanıb. Bir neçə ay kəşfiyyatçı kursu keçdikdən sonra Krıma göndərilib:
“Xeyli sayda əsgərlə birlikdə Novorossiyskdə dəniz kənarında Krıma yola düşməyimizi gözləyirdik. Dekabrın 30-da, saat 4-də əsgərlərimizin bir hissəsi paroxodla yola düşdü. Lakin iki saat sonra xəbər verildi ki, almanlar paroxodumuzu batırıb, yüzlərlə əsgər ölüb. Bir az sonra ikinci paroxod da yola düşdü. Bir azdan xəbər verdilər ki, faşistlər ikinci paroxodumuzu da batırıblar.
Gecə bizim paroxod da yola düşdü. Bəxtimizdən hava dumanlı idi. Bizə bir general rəhbərlik edirdi. O tapşırıq verdi ki, paraxodda heç kim papiros çəkməsin. Paroxodumuz Qamışburun adlandırılan yerə çatdı”.
Alman qırıcı təyyarələri onları görcək atəş açmağa başlayıb:
“General əmr verdi ki, təyyarələrə atəş açmayın. Lakin bu vaxt kapitan ona qarşı çıxaraq əmr verdi ki, kimdə hansı silah varsa, alman təyyarələrinə atəş açsın. Döyüşçülərimiz zenit artilleriyasının pulemyotu ilə almanların təyyarələrindən birini vurub suya, digərini isə sahilə saldılar. Buna görə də üçüncü təyyarə aradan çıxdı. Təxminən bir saat sonra almanların bir neçə təyyarəsi bizə hücum etdi. Sahilə 20 metr qalmış paroxodumuzu saxladılar. Çünki sahil buzlu idi, paroxod zədələnə bilərdi. Əsgərlərimiz buzun üstünə çıxıb sahilə getmək istəyəndə buz sındı və onlardan bir neçəsi batdı”.
Məhz buna görə, döyüşçülərimiz sahilə çıxa bilməyiblər:
“Elə bu vaxt alman bombardmançı təyyarələri üstümüzə hücum etdi. Onların atdığı bombalardan biri paroxodun silah olan hissəsinə düşdüyündən partlayış baş verdi və içəri su dolmağa başladı. 8 motorlu qayıq bizə köməyə gəldi. Bizi onlar xilas etdi. Bundan sonra Krıma gündüz əsgər daşınmasını dayandırdılar. Əks təqdirdə, alman təyyarələri paroxodları batıracaqdı”.
Əsgərlər böyük itkilər hesabına olsa da, sahilə çatıb xilas ola bilirlər:
“Dekabrın 31-də axşam Kerçə gəldik. Burda köhnə bank binası vardı. Əsgərlər sutkalarla yuxusuz qaldığından yatdılar. Orda məndən başqa 3 azərbaycanlı da vardı. Onlara dedim ki, yuxulasaq, donarıq, gəlin yatmayaq, hərəkət edək. Səhər dostum Nəhmət Nəhmətov küçəyə çıxıb sakinlərdən bizi evlərinə aparmalarını xahiş etdi. Axırda bir tatar qadın razılaşdı. Həmin qadın dördümüzü də evinə apardı. Su qaynatdı, çay verdi. Yuxusuz olduğumuzdan uzanıb yatdıq. Sən demə, yorğunluqdan 11-12 saat yatmışıq. Küçəyə çıxanda üç əsgər bizi tutub komendaturaya apardı. Fərari olduğumuzu zənn edib bizi güllələmək istədilər. Elə bu vaxt onların arasındakı azərbaycanlı leytenant bizi ölümdən xilas etdi. Onların bizi güllələmələrinə imkan vermədi. Dedi ki, sizin hərbi hissə filan məktəbin binasındadır, gedin ora”.
“Qadın da, inək də almanların bombalarından həlak oldu”
Mirməhəmməd Əliyev deyir ki, müharibədə heç kim ölüm haqqında düşünmürdü:
“Avtomatla faşistlərin üstünə gedirdim. Əsgər yoldaşlarım “Yerə uzan” deyə qışqırsalar da, buna məhəl qoymurdum. Allaha and olsun, şinelimə müxətlif yerlərdən güllə dəyirdi, amma mərmilər bədənimə dəymirdi. Allah məni 12 dəfə ölümdən qurtarıb.
Bir dəfə bizi arxa cəbhəyə tapşırıq dalınca göndərdilər. Əsgər yoldaşımla arxa cəbhəyə yollananda kanalın üstündəki körpünü gördük. Onun yaxınlığında bir inək və onun sahibi – qoca qadın vardı. Qadının paltarları cırıq-cırıq, yamaqlı idi. Soruşdum ki, nənə, sənin paltarın niyə yamaqlıdır? Cavab verdi ki, oğul, mənim 4 oğlum cəbhədədir. Onların üçündən məktub gəlmir, amma biri hərdən yazır. Əgər bu inək olmasa, acından ölərəm. Cibimdən 80 rubl çıxarıb verdim ona, əsgər yoldaşıma dedim ki, sən də pul ver. O da qocaya pul verdi.
Az sonra başımızın üstündə iki düşmən qırıcısı göründü. Tez özümüzü xəndəyə atıb gizləndik. Qırıcılardan biri başımızın üstündən keçib körpünü bombaladı. Bombalardan birini düz körpünün üstünə atdılar. Digər bombanı isə başqa əraziyə atdılar. Əgər o qocaya yaxınlaşıb onunla söhbət etməsəydik, yubanmasaydıq, qırıcılar gələn vaxt körpü ilə birlikdə parça-parça olacaqdıq.
Əraziyə baxanda gördük ki, qoca da, inək də yoxa çıxıb. Onları axtardıq ki, axı bunlar hara yoxa çıxıb. Bir az qabağa gedəndə gördük ki, bombalardan biri onların ikisini də göyə uçurub. Əlimizi göyə qaldırıb Allaha şükür etdik.
“Polkovnik dedi ki, sizi cəbhəyə göndərsəydilər hamınız qırılacaqdınız”
Ağır döyüşlərdən birində yaralanmış döyüşçümüz yenidən cəbhəyə yollanıb. Mirməhəmməd Əliyev azərbaycanlı polkovnikin şəxsi səyi nəticəsində sağ qalıb:
“Bir gün həmin zabit bizi tapşırıq dalınca göndərdi. Məni çağırıb dedi Əliyev, gənc, 20 yaşlı əsgərləri yığ və arxa cəbhəyə - hospitala get. Mən də əsgərləri yığıb hospitala getdim. Az sonra həmin zabitin özünü yaralı şəkildə ora gətirdilər. Mənə dedi ki, Əliyev, sizi ön cəbhəyə, ən qaynar nöqtəyə göndərmək istəyirdilər. Gənc olduğunuzdan bilirdim ki, hamınız qırılacaqsınız. Buna görə də sizi arxa cəbhəyə göndərdim ki, əbəs yerə qırılmayasınız. Polkun tən yarısı döyüşdə qırıldı”.
Bir gün bir general gəlib onlardan ön cəbhəyə getməyi tapşırıb:
“Starşinamız” dedi ki, cənab general, axı bizim silahımız yoxdur. Onda general bir də əmri təkrar etdi. “Starşina” isə silahlarımızın olmadığını bildirdi. Belə olduqda general tapançasını çıxarıb onu güllələdi.
Mən həmin zabitin kim olduğunu soruşdum. Dedilər o, Veliyev Xavardır. Qarşıma məqsəd qoydum ki, onu tapıb öldürüm. Adı əbədi olaraq yaddaşıma həkk olunmuşdu.
Müharibə qurtarandan sonra onun yerini tapdım. Getdim Xavarın yaşadığı ünvana. Xavarın həmin qəsəbədə yaşayan əmisi oğlu bildirdi ki, o köçüb Moskvaya gedib. Əgər Xavarı tapsaydım, həmin gün öldürüb “starşina”nın qisasını alacaqdım”.
Müharibənin sonuna qədər cəbhədə olmuş Mirməhəmməd Əliyev rus əsgərlərinin alman qadınlarını zorlamasının şahidi olub:
“İçəri girəndə gördüm ki, 7-8 əsgər bir qızı növbə ilə zorlayır. Qız artıq huşunu itirmişdi, yanında qoca qadın da vardı. Havaya iki güllə atıb əsgərlərə dedim ki, əgər bu biabırçılığı qurtarmasanız, hamınızı güllələyəcəm. Əsgərlər təəccüblə “Sən faşistləri müdafiə edirsən?” - deyə soruşdular. Cavab verdim ki, bu qız da, qoca da faşist deyil, sadə insandır. Bundan sonra qızdan əl çəkdilər. Qoca qızın üzünə su töküb onu ayıltdı”.
Anar Tağıyev
Fotolar Elçin Muradındır
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO