Milli Məclisdə amnistiya müzakirəsi
Bizi izləyin

Nida.az

Milli Məclisdə amnistiya müzakirəsi

Amnistiya Aktı haqqında qanun layihəsinin parlamentdə müzakirəsi davam edir.

Publika.az xəbər verir ki, layihə haqqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Əli Hüseynli deyib ki, amnistiya aktı komitədə müzakirə edilib: “Sənəd çox peşəkarlıqla hazırlanıb. Fondun bu təşəbbüsləri məhkumların sayının azalmasına gətirib çıxaran vacib amilə çevrilib. Bu respublikada ictimai sabitliyinin qorunmasına xidmət edir. Hər 100 min nəfərə düşən məhbusa görə, ölkəmiz MDB ölkələrindən irəlidədir və Avropa ölkələri ilə eyni səviyyədədir. Bu, müsbət göstəricidir. Aministiya Aktının verilməsi bu müsbət göstəriciyə pozitiv təsir edəcək. Əgər əvvəlki Amnistiya Aktında 2 min nəfər azadlığa çıxırdısa, bu layihədə 3 mindən çox adam azadlığa qovuşacaq. Ancaq ağır və xüsusilə ağır cinayətlər törədən şəxslərə bu, şamil oluna bilməz. Hüquq fəlsəfəsində də, əslində bu belədir. Qərar iyunun 15-də qüvvəyə minəcək. Qərarın ümumi icra müddəti 4 aydır. Ancaq ümid edirəm ki, qərarı icra edən orqanlar bunu daha tez müddətdə yerinə yetiriləcək. Minlərlə insan yenidən cəmiyyətə qovuşacaq”.

Zahid Orucdan yeni təklif

Millət vəkili Zahid Oruc bəzi cinayətlərin də aministiya aktına düşməsini təklif edib. Deputat xatırladıb ki, Azərbaycan parlamenti qızqaçırma halının insan oğurluğu kimi tövsiyə olunmasını qəbul edib: “İndi bu hadisəyə kömək edən insanlar da 10-12 il müddətinə azadlıqdan məhrum edilir. Məlumdur ki, biz sivil cəmiyyət yaradırıq. Amma bir aministiya ilə onlara şans verə bilərik”.

Deputat Amnistiya Aktını dəstəklədiyini və ona səs verəcəyini vurğulayıb.

Siyavuş Novruzov: “Amnistiya aktları 110 min insanı əhatə edib”

YAP icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov belə gözəl təşəbbüsə görə Mehriban Əliyevaya təşəkkür edib: “Heydər Əliyev Fondu yarandığı gündən humanizm prinsipini əsas tutur. Hər il çoxlu sayda insanlar Heydər Əliyev Fonduna üz tutur, ondan kömək istəyir. Mehriban Əliyeva fonda üz tutan minlərlə insane dəstəkçi olur, onların səhiyyə və digər problemlərini həll edir, açıq ürək əməliyyatlarına dəstək verir. Fond həmçinin sel daşğınları, təbii fəlakətlər zamanı da insanlara ciddi dəstək olur”.

Novruzov qeyd edib ki, indi müzakirəyə çıxarılan Amnistiya Aktının qəbulu 28 May Respublika Günü ilə bağlıdır: “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atrubutları ilk dəfə Naxçıvanda qaldırılıb.

Qeyd etmək istərdim ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan müstəqillik əldə etməsinə baxmayaraq Amnisitya Aktının verilməsi təcrübəsi ümummilli liderin hakimiyyətə gəlişindən sonra tətbiq edilib. Məhz onun vaxtında ölüm hokum ləğv edilmişdi. Baxmayaraq ki, ondan əvvəl 1 il hakimiyyətdə olanlar 7 nəfərin güllələnməsinə qərar vermişdi, bir amnistiya aktı belə qəbul etməmişdi”.

Novruzov qeyd edib ki, apardığı kiçik hesablamaya əsasən deyə bilər ki, Heydər Əliyev iqtidarda gələndən bu yana amnistiya aktı 110 min insana şamil edilib: “Bunun 40 mini Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən akta düşüb. Hesab edirəm ki, bu gözəl təşəbbüsdür. Təklif edirəm ki, müzakirələri yekunlaşdıraq ki, müvafiq orqanlar dah tez bu qərarın icrasına cəlb edilsin”.

Çingiz Qənizadə: “Bununla büdcəyə 12 milyon manata qənaət olunacaq”

Milli Məclisdə davam edən Amnistiya Aktının müzakirəsinə deputat Çingiz Qənizadə də qoşulub. Millət vəkili çıxışını başqa istiqamətdə quraraq maraqlı fikirləri ilə diqqəti çəlb edib. O, qeyd edib ki, Ədliyyə Nazirliyinin yanında işçi qrupunun üzvü olub, cəzaçəkmə müəssisələrində dəfələrlə olub və real durumdan xəbəri var: “Azərbaycanda 24 min məhkum var. Bu kifaqət qədər böyük göstəricidir və onların sayının azaldılmasına ehtiyac var idi. Bu aministiya aktı 10 min nəfərə şamil olunmaqla onların sayı xeyli azalacaq. Nəticədə həm də məhkumların sıxlıq və sosial problemləri aradan qalxmış olacaq”.

Çingiz Qənizadə daha sonra qeyd edib ki, aktın qəbul edilməsi iqtisadi baxımdan da, müsbət addımdır: “Aministiya aktının qəbul edilməsi ilə məhkumların saxlanması üçün sərf olunan vəsaitə qənaət ediləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm