Nida.az
“Proporsional seçki sisteminə keçilməlidir”
“BAXCP hələ bir neçə il bundan qabaq ilk dəfə olaraq Milli Məclisə konstitusiya dəyişikliklərinin edilməsi və ölkədə proporsional seçki sisteminə keçidlə bağlı milli məclisə qanun layihəsi təklif edib. BAXCP birmənalı olaraq Milli Məclisdə proporsional sistemin tətbiq edilməsinin tərəfdarıdır”.
Bu barədə BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Publika.Az –a açıqlamasında 2015-ci ildə keçiriləcək parlament seçkilərində proporsional sistemə keçidlə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Bildirib ki, BAXCP bununla bağlı hazırladığı qanun layihəsini Milli Məclisə təqdim edibdir: “Sonradan parlamentdə təmsil olunan BQP, VHP, Ədalət və BAXCP-nin adından hazırlanmış qanun layihəsi təqdim edildi. Bu partiyaların birgə hazırladığı qanunda layihəsində göstərilib ki, proporsional seçki sisteminə keçmək lazımdır. Bundan sonra seçkidə qalib gəlmiş partiya hökuməti formalaşdırmalıdır. Bunun üçün referendum keçirilməlidir. Məncə, bu reallaşarsa cəmiyyətdə partiyaların önəmi yüksələ bilər. Siyasi partiyalar cəmiyyətin demokratikləşməsində mühüm yer tutmalıdır. Siyasi partiyaların önəmini daha da gücləndirər. BAXCP referendum keçirilməsinin və bu qanun qəbul edilməsinin tərəfdarıdır. İnanmıram ki, bu qanun qəbul edilməsinin əleyhinə hansısa partiya olsun. Hal-hazırda Avropanın ən aparıcı ölkələrində, hətta Asiya ölkələrində də proporsional seçki sistemi mövcuddur”.
BAXCP sədrinin müavini Qafqazda yalnız Azərbaycanda proporsional
seçki sisteminin olmadığını qeyd edib.
“Qafqazda Gürcüstanda, hətta düşmənimiz Ermənistanda, qonşu
ölkələrdə Rusiyada, Qazaxıstanda bu gün hər iki sistem mövcuddur.
Azərbaycanda bunu yenidən bərpa etmək təqdirəlayiq hal kimi qəbul
edilər”-deyə o, diqqətə çatdırıb.
Asif
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO