Nida.az
Kərimov xəstə yatağında... Özbəkistana müharibə elan edildi
Qırğızıstan Özbəkistana Orto-Toki su anbarının yerləşdiyi əraziləri tərk etmək çağırışı edib.
Publika.az xəbər verir ki, rəsmi Bişkek
Özbəkistanın istifadə etdiyi Orto-Toki su anbarının Qırğızıstan
ərazisi olan Cəlalabad rayonunda yerləşməsi məsələni yenidən
gündəmə gətirib və Daşkənddən həmin əraziləri tərk etməsini tələb
edib.
Bu haqda Qırğızıstanın yerli informasiya agentliklərindən biri
mənbələrə istinadən məlumat yayıb.
"Bişkek tərəfi Özbəkistan tərəfinə dəfələrlə bildirib ki,
Orto-Toki su anbarı Qırğızıstana aiddir və onun ərazisində
yerləşir", - deyə mənbə bildirib.
Mənbə qeyd edir ki, Qırğızıstan dövləti ərazi bütövlüyü və
dövlət sərhədlərinin toxunulmazlığı prinsipini əsas gətirərək,
Özbəkistanı beynəlxalq hüquq normalarına əmə etməyə çağırır.
SSRİ-nin ağır mirası
Qeyd edək ki, Mərkəzi Asiyanın əsas problemlərindən olan su
mübahisəsinin əsası SSRİ dövründə qoyulub. Belə ki, 1930-cu ildə
Özbəkistanın Fərqanə vadisində pambıq istehsalı inkişaf etdiyi üçün
SSRİ bu bölgəyə güclü dəstək verib. 1940-cı ildə 660 hektarlıq
Qırğızıstan ərazisi su hövzəsinin tikilməsi üçün Özbəkistana
verilib. 1972-ci ildə su rezervləri genişləndirilib. Amma sovet
imperiyası dağılandan sonra qırğızlar tarixi torpaqlarını geri
istəyiblər. Özbəklər isə həmin əraziləri qaytarmaq niyyətində
deyil.
Su uğrunda mübarizə
Su resursları uğrunda Qırğızıstan-Özbəkistan, həmçinin, Mərkəzi
Asiyanın digər dövlətlərinin də iştirakı ilə müharibənin başlaması
ehtimal zaman-zaman gündəmə gəlib. Adi görünən bu məsələ əslində,
kifayət qədər ciddi problemlərə yol açır. Regionun əsas su
resurslarına sahib Amudərya və Sırdərya çaylarının yuxarı
hövzəsində yerləşən Qırğızıstan və Tacikistan aşağı hövzədə
yerləşən Qazaxıstan, Özbəkistan və Türkmənistanın əkinçilik
təsərrüfatını nəzərə almadan hidro qurğular tikməyə başladılar.
Qırğızıstanda və Tacikistanda suya daha çox ehtiyac qış aylarına
düşür - elektrik stansiyalarının məhsuldar işləməsi məqsədi ilə
artıq suyu çaylara buraxırlar. Nəticədə, qış aylarında Özbəkistan
və Qazaxıstan torpaqları su altında qalır. Bu ölkələrdə isə əksinə,
yaz-yay aylarında əkin sahələrinin suvarılması başlıca problemə
çevrilir. Külli miqdarda texniki bitkilər - pambıq, qarğıdalı və s.
istehsal edən bu regionun suya böyük ehtiyacı yay aylarında
yaranır.
Mərkəzi Asiyada su müharibəsi
Belə vəziyyət isə region ölkələrini üz-üzə qoyur. ABŞ-ın Mərkəzi
Kəşfiyyat İdarəsinin hazırladığı "2030-cu ilədək qlobal
tendensiyalar: alternativ dünyalar" hesabatında da göstərilir ki,
2030-cu ilədək Mərkəzi Asiyada su resursları uğrunda dövlətlər
arasında münaqişələrin baş verməsi mümkündür.
Bu ilin mart ayında isə Özbəkistanla Qırğızıstan sözün əsil
mənasında müharibə həddinə çatdılar. Özbəkistan birtərəfli qaydada
Qırğızıstanla iki sərhəd-keçid məntəqəsini bağlayaraq, Ala-Buka
rayonundakı mübahisəli əraziyə onlarla hərbçi və iki zirehli
transportyor yerləşdidi. Qırğızıstan isə bunun qarşılığında
Özbəkistanla sərhəddəki üç sərhəd keçid məntəqəsini bağladı. Lakin
tərəflər hərbi qarşıdurmadan son anda geri çəkildilər.
Kərimovun xəstə yatağına düşməsi...
Özbəkistan prezidenti İslam Kərimovun insult keçirməsindən sonra
Bişkekin tarixi mübahisəni yenidən dirçəltməsi Mərkəzi Asiyada 20
ildir aktual olan su müharibəsinin baş vermə ehtimallarını gündəmə
gətirir. Görünür, indiyə qədər sərt siyasəti ilə Qırğızıstana
meydan oxuyan Kərimovun yoxluğu Bişkekə yarayır. Hər halda
Daşkənddə hakimiyyət daxilindəki gərgin vəziyyət ərazilərini geri
almaq baxımından ən çox Qırğızıstana sərf edir.
Bişkekin Daşkəndə çağırış etməsi ilə bağlı xəbərin məhz
sentyabrın 1-də - Özbəkistanın müstəqillik günündə yayılması da
təsadüfə bənzəmir. Əslində, bu məsələnin gündəmə gətirilməsi
Özbəkistana müharibə elan etmək mənasına gəlir.
Asif
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar
-
MDB07:15Putinə yeni döyüş təyyarələri təqdim olundu
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi











.jpg)




.jpg)
.jpg)



















