Nida.az
Milli Məclisin ilk plenar iclasının gündəliyi AÇIQLANDI
Milli Məclisin payız sessiyasının ilk plenar iclasının tarixi dəqiqləşib.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov Publika.az-a açıqlamasında bildirib ki, payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.
Onun sözlərinə görə, ilk plenar iclasının gündəliyinə 30 məsələ daxil edilib.
A.Nəsirov deyib ki, Milli Məclisin 2016-cı il payız sessiyasında işlər planına 14 bölmədən ibarət məsələlər daxildir:
"Bunlar Azərbaycan prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan dövlət büdcəsi zərfinə daxil olan layihələr, "Milli Məclisin deputatının etik davranışı", "Kinemotoqrafiya haqqında", "Psixoloji yardım haqqında", "Kredit borcları haqqında" və s. qanun layihələridir".
Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur: "Bunlar isə "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanunda dəyişiklər (2-ci səsvermə), Deputatların yeni komitələrə üzvlüyə qəbul olunması məsələsi, Milli Məclisin 2016-cı ildə payız sessiyasının qanunverici işlər planı, Vergi Məcəlləsinə dəyişiklik, "Mədəniyyət haqqında" qanuna dəyişiklik, "Mühasibat uçotu haqqında" qanuna dəyişiklik, "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik, "Reklam haqqında" qanuna dəyişiklik, "Yol hərəkəti haqqında" qanuan dəyişiklik, "Kargüzarlıq haqqında" qanuna dəyişiklik, Əməliyyat-axtarış fəaliyyəti ilə bağlı Cinayət Prosessual Məcəlləyə dəyişiklik, "Kredit büroları haqqında" qanun layihəsinin müzakirəsi, bir sıra hökumətlərarası memorandum, saziş və müqavilələrin təsdiqi ilə bağlıdır".
Vasif Həsənli
-
Sosial12:13Bu universitetdə erməni dilində kurslar təşkil edildi
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı
-
Nida Xəbər 10:36Ali Məhkəmədən mühüm qərar
-
İdman10:18Trampın Ceyk Polla rəqsi gündəm oldu - VİDEO
-
Dünya09:48Pakistan Əfqanıstanı bombalayır: İtkilər var
-
Region09:28İran yenidən Türkiyəyə raket atdı: Hədəf bura olub - Video



































