Nida.az
GAP sədri: “Rəsul Quliyevlə danışmaq asan olmur”
“Rəsul bəy və digər ictimai-siyasi xadimlərlə bacardığım qədər tez-tez danışmağa və müəyyən məsələlərdə müzakirələr aparmağa çalışıram. Amma Rəsul Quliyevlə danışmaq heç də hər zaman asan olmur”.
Bu barədə eks-spiker Rəsul Quliyevin Azərbaycanda rəsmi nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Publika.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Rəsul Quliyev işgüzar adamdır, Azərbaycanın demokratikləşməsində görünən və görünməyən xidmətləri böyükdür: “Ümumilikdə isə Rəsul bəy hər zaman təşəbbüsləri alqışlayan şəxs olub. Bizim də təşəbbüsümüzü alqışlayıb və uğurlar diləyib. Rəsul bəyə böyük hörmətim var ”.
Hazırda Ukraynada səfərdə olduğunu deyən A. Şakiroğlu səfərin işgüzar xarakter daşıdığını bildirib.
“Burda əməkdaşlıq etdiyimiz siyasi partiyaların rəhbərləri ilə, prezidentliyə namizədlərlə müxtəlif formatlarda görüşlər keçirtdik. Səfər Ukraynanda əməkdaşlıq etdiyimiz siyasi partiyaların dəvəti ilə baş tutub. Səfər daxilində Ukraynanın eks-prezidenti Viktor Yuşenko ilə də onun kitab təqdimatında görüşdük. Daha sonra iqamətgahında ikilikdə görüşümüz oldu. Regionda gedən siyasi prosesləri və demokratiyanın regionda inkişaf yollarını müzakirə etdik. Ümumilikdə bu tip səfərlərin davamlı olmasını düşünürük”-deyə partiya sədri bildirib.
Partiyanın qurultaydan sonra fəallığının azalmasına da münasibət bildirən A. Şakiroğlu bununla razılaşmır. Onun sözlərinə görə, qurultaydan sonra respublika səviyyəsində təşkilatlanma işlərinə başlayıblar: “Əslində heç bir passivlik yoxdur. Qurultaydan sonra yüzlərlə vətəndaş partiyamıza üzvlüklə bağlı müraciət edib. Biz öncədən önümüzə məqsəd olaraq cəmiyyətin siyasiləşməmiş hissəsi ilə işləməyə məqsəd qoymuşduq. Hazırda da həmin prinsip xətlə gedirik. Cəmiyyətdə müxtəlif sahələr üzrə tanınmış şəxslər də var üzv olanlar arasında. Sadəcə biz bunu elan etməyi xüsusi olaraq düşünmürük. Belə ucuz məsələlərlə məşğul olmağı özümüzə yaraşdırmırıq. Hər şey deyərdim düşündüyümüzdən də sürətlə gedir”.
Asif
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı