Klintonun QARABAĞ PLANI, Türkiyə-İran müharibəsi... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Klintonun QARABAĞ PLANI, Türkiyə-İran müharibəsi... – GÜNÜN SİYASİ XÜLASƏSİ

İqor Muradyan ABŞ-ın Qarabağla bağlı planına dair maraqlı bir iddia irəli sürüb.

Bu gün “Putinin ittifaqları” adlanan qurumların Sankt-Peterburqda iclasları başlanıb. Türkiyə Suriyanın Əl Bab şəhərini İŞİD-dən təmizləmək üçün bölgəyə əlavə qüvvələr cəlb edib. Bazar günü Qara dənizə düşən Rusiyanın Tu-154 təyyarəsinin qəzası barədə müxtəlif iddialar bir-birinin əvəz edir. Erməni politoloqu İqor Muradyan ABŞ-ın Qarabağla bağlı planına dair maraqlı bir iddia irəli sürüb.

ABŞ-ın Rusiyaya qarşı tarixi Qarabağ PLANI – Klinton və Buş nə istəyirdi?

Erməni politoloqu İqor Muradyanın sözlərinə görə, ABŞ-ın hələ Bill Klintonun prezidentliyi dövründə dövründə Dağlıq Qarabağ münaqişəsindən Rusiyaya qarşı şantaj kimi istifadə etmək planı var idi.
O, bildirib ki, Bill Klinton administrasiyası dövründə hazırlanan bu plan, Corc Buşun zamanında da aparıldı.
“2001-ci ildə Qarabağ münaqişəsindən Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi proqramları var idi. ABŞ həm təzyiq, həm də NATO-nun genişlənməsi üçün Qarabağ məsələsini qaldırmağı düşünürdü. Lakin Rusiya ağıllı davrandı və tələyə düşmədi”, - deyə o bildirib.

İ.Muradyan qeyd edib ki, Ki-Uest görüşündə bütün plan alt-üst oldu.

Bu Rusiyanın Sanks-Peterburq şəhərində Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Ali Avrasiya İqtisadi Şurasının iclasları başlayıb.

Ermənistan prezidenti Serj Sarkisyanın qatıldığı toplantılarda Belarus lideri Aleksandr Lukaşenko iştirak etmir. Kremlin sözçüsü Dmitri Peskov bildirb ki, bu imzalanacaq qərarlara təsir etməyəcək. Onun sözlərinə görə, sənədlər Minsklə qabaqcadan uyğunlaşdırılıb.

Qırğızıstan Avrasiya İqtisadi İttifaqının Gömrük kodeksini imzalamayıb. Bu haqda Avrasiya İqtisadi Komissiyasının kollegiya sədri Tiqran Sarkisyan bildirib. “İki sənəddən başqa bütün sənədlər imzalanıb. Qırğızıstan Avrasiya İqtisadi İttifaqının ticarət siyasətinin inkişafı haqqında bəyanatı və Gömrük kodeksini imzalamayıb”, - deyə Sarkisyan vurğulayıb.

Onun sözlərinə görə, qalan 20 sənəd imzalanıb.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi Ermənistanın nümayəndəsi ola bilər”. Bu barədə rusiyalı politoloq Aleksandr Karavayev deyib.

Karavayevə görə, Ermənistan öz nümayəndəsinin KTMT-yə rəhbərlik etməsini istəyirsə, o zaman Dağlıq Qarabağla bağlı söz verməlidir: “İclasda Ermənistanın Qarabağ məsələsində mövqelərini gücləndirmək üçün KTMT-ni təzyiq meydançası kimi istifadə etməyə başlamayacağı müəyyən edilərsə, təşkilatın baş katibi erməni nümayəndəsinin olması müzakirə edilə bilər”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya cəbhəsi

Suriyanın Əl Bab şəhərinin İŞİD terror təşkilatından təmizlənməsi üçün Türkiyə ordusu və Azad Suriya Ordusu tərəfindən aparılan əməliyyatlar davam edir. Fərat çayınınşərqində başlayan “Fərat Qalxanı” hərəkat çayın şərqinə keçə bilər.

Türkiyəli yazar Mehmet Acetin məlumatına görə, artıq bununla bağlı siqnal verilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İkinci cəbhə açılır: Türkiyə-İran müharibəsi QAPIDA

“Yeni Şafak” qəzeti etibarlı mənbələrə istinadən Bəşər Əsədin Hələbdən sonrakı hədəfi İdlib olduğunu xəbər verib. Qəzet yazır ki, Yaxın Şərqdə “şiə federasiyası” yaradılması planlaşdırılır: “Bu plana görə, məzhəb federasiyası Suriyanın şimalında Türkiyə sərhədindən başlayaraq, Hələb, İdlib, Hama və Humusa qədər ərazini əhatə edəcək. Əsəd, İran və Rusiyanın radikal qrupları bəhanə gətirərək, İdlibə hücum edəcəyi haqqında məlumatlar var. İddialara görə, İranın dəstəklədiyi qruplar Hələb və şəhərin ətrafına yerləşdirilir. Onlar İdlibə müdaxiləyə bəhanə yaratmaq üçün məzhəb qarşıdurması yaradacaqlar”.

Hərbi mənbələr, Əsədin Türkiyənin Hatay bölgəsi ilə sərhəd olan İdlibə hücum edəcəyi halda, Ankaranın ikinci cəbhəni aça biləcəyini deyir.

“Hazırda İdlibə ediləcək mümkün hücuma qarşı hazırlıqlar görülür. Ankara hərbi müdaxiləyə ehtiyac yaranmaması üçün Suriyada müxalif qrupları bir mərkəzdə toplayır. İdlibin təhlükəsizliyi üçün Azad Suriya Ordusunun qrupları ora göndərilir”, - deyə hərbi mənbələr vurğulayıblar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Əl Babın İŞİD təmizlənməsi prosesini sürətləndirmək üçün terror təşkilatına son zərbəni vurmağa hazırlaşır. Bunun üçünKayseri 1-ci Komando Briqadasından 500 komando Əl Baba göndərilib. Ölkənin cənubi-şərqi və şərqində PKK terror təşkilatına qarşı əməliyyat təcrübəsi olan Kayseri 1-ci Komando Briqadası “terrorçu ovçusu” adlanır.

Mahalda ən strateji yeri olan Akıl dağını İŞİD-dən təmizləyən Türkiyə ordusu və Azad Suriya Ordusu Əl Babı tamamilə mühasirəyə alıb. Şimal və qərb istiqamətində kənar məhəllələrinə girən birliklər terrorçu kamikadzelərin hücumlarına qarşı tədbirlər görməkdədir.

Son məlumatlara görə, Hələbdən çıxarılan Azad Suriya Ordusunun 1400 əsgəri də Əl Baba gəlib.

Sosial şəbəkələrdə Türkiyənin Suriyada itirdiyi hərbi texnika haqqında məlumatların olduğu cədvəl çıxıb. Göstərilən məlumatlara əsasən, Türkiyə ordusu Əl Bab şəhərinə hücumun gedişatında ən azı 10 “Leopard 2A4” tankını itirib.

Xatırladaq ki, daha əvvəl Türkiyə Müdafiə Nazirliyi Əl Bab əməliyyatında iştirak edən qüvvəni “Leopard 2A4” tanklarının olduğu tank batalyonu ilə gücləndirdi. Tank batalyonu İstanbul, boğazlar və ölkənin Avropa hissəsini müdafiə edən Birinci Ordu Korpusuna daxildir.

Türkiyəyə sığınan 18-45 yaş arası suriyalılar hərbi əməliyyatlara cəlb oluna bilər. Artıq bununla bağlı change.org saytında “Türkiyədə olan 18-45 yaş arası suriyalılar hərbi xidmətə çağırılsın. Suriya üçün savaşsın” adı altında imza kampaniyasına start verilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bazar günü Qara dənizdə qəzaya Rusiyanın Tu-154 təyyarəsinin axtarışları davam edir. Və qəzanın səbəbləri barədə müxtəlif iddialar da bir-birinin əvəz edir.

Bu iddialardan biri təyyarənin qaçırılması ilə bağlıdır. Sözügedən iddianı Rusiya Aviasiya Birliklərinin Koordinasiya Mərkəzinin keçmiş rəhbəri Vitaliy Andreyev çıxış edib. Aviasiya sahəsində 47 illik təcrübəsi olan V.Andreyev hesab edir ki, Tu-154 təyyarəsinin qəzadan öncə yardım siqnalı göndərməməsi gözlənilməz hadisənin baş verdiyini göstərir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya kəşfiyyatı təyyarə qəzasının dörd əsas versiyasını açıqlayıb. Federal Təhlükəsizlik Xidməti (FTX) Qara dəniz üzərində Tu-154 təyyarəsinin qəzası üzrə dörd əsas versiyanı yoxlayır. Bunlar mühərrikə yad cismlərin düşməsi, keyfiyyətsiz yanacaq, mühərrikin fəaliyyətini dayandırması və pilotların səhvidir.

Bildirilib ki, laynerdə terror aktı və ya diversiyanı göstərən əlamətlər və faktlar hazırda qeydə alınmayıb.

KİV-də isə təyyarəsinin havada partladığı iddia edilən görüntülər yayılıb. İnterfaks” agentliyinə qəzanın araşdırılması üzrə operativ qərargahdakı mənbə görüntülərin həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, Soçi aeroportuna yaxın kameraların obyektivinə düşmüş sirli partlayışın Rusiyanın Tu-154 təyyarəsinin qəzası ilə heç bir əlaqəsi yoxdur.

“Dünən Qara dənizin üzərində partlayışın olduğunu göstərən xarici müşahidə kameralarının videoyazıları diqqətlə öyrənilib. Müəyyən edilib ki, videoyazı təyyarənin radarlardan itməsindən təxminən yarım saat sonra qeydə alınıb və təyyarə qəzası ilə heç bir əlaqəsi yoxdur”, - mənbə deyib.

Xatırladaq ki, göyərtəsində musiqiçilər, jurnalistlər və hərbçilərin olduğu təyyarə dünən Soçidən havaya qalxandan 7 dəqiqə sonra Qara dənizə düşüb. Qəza nəticəsində 84 sərnişin və ekipajın 8 üzvü olmaqla 92 nəfər həyatını itirib.

Cənubi Asiyada təhlükəli həmlə

Hindistan Cənubi Asiyada olduqca gərgin olan vəziyyəti daha da gərginləşdirəcək addım atıb. Ölkə Aqni-V qitələrarası raketini sınaqdan çıxarıb. Yeni raket nüvə başlığı daşımağa qadirdir. Bu, Aqni-V raketinin 2012-ci ildən bəri keçirilən 4-cü sınağıdır. Bütün sınaqların hamısı uğurla həyata keçirilib. Bu raket 5500 kilometr məsafədəki istənilən hədəfi məhv etmək gücündədir. Rəsmi Dehli indiyə qədər bu raketin xarakteristikası haqqında heç bir məlumat vermir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm