Nida Xəbər
Mədəniyyət Nazirliyində BMT-nin Sivilizasiyalar Alyansının rəhbərliyi ilə görüş keçirildi - Foto
Martın 11-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru Nihal Saad ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə 12–14 mart tarixlərində Azərbaycan Respublikası Prezidentinin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək XIII Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.
Nazir Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirib.
Tərəflər Prezident İlham Əliyevin təşəbbüsü ilə qlobal səviyyədə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində qurulmuş tərəfdaşlığın möhkəmləndiyini qeyd ediblər və cari ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqların gedişatını müzakirə ediblər.
Söhbət zamanı mürəkkəb geosiyasi şəraitdə mədəni diplomatiyanın və mədəniyyətlərarası dialoqun rolunun artırılması, həmçinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır








.jpg)





.jpg)






















