Nida.az
Vitse-spiker azərbaycanlı əsirlərdən danışdı: “Ermənistan məhkəmədə cavab verəcək”
“ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar Ermənistanda saxlanılan azərbaycanlı əsirlərlə bağlı mövqelərini ifadə etməlidir”.
Bu barədə Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Publika.Az-a açıqlamasında Ermənistanda saxlanılan əsirlərin Kəlbəcərdə qızıl yatağında məcburi əməklə məşğul olması haqda yayılan informasiyalara münasibət bildirərkən deyib.
Vitse-spiker bildirib ki, qonşu ölkənin ərazisini işğal edib ərazi iddiaları irəli sürmək, etnik təmizləmə, azərbaycanlı olduqlarına görə uşaq, qoca, qadın demədən insanları məhv etmək, qəddarlıq nümayiş etdirmək müasir erməni siyasətçilərinin, erməni rəsmilərinin rəhbərlik etdiyi ordunun həyata keçirdiyi fəaliyyətin faktıdır. Onun sözlərinə görə, Ermənistan tarix boyu bunu inkar edə bilməz: “Bu ləkəni üzərindən ata bilməz. Belə bir ifadə var: “Ədalətli müharibə”. Hesab edirəm ki, müharibə həmişə ədalətsizdir. Onun ədalətli, yaxud ədalətsiz olması nəyin uğrunda mübarizə aparmaqla ölçülə bilər. Lakin istənilə halda insanların həlak olduğu, evlərin dağıldığı proses ədalətsizdir. Bu mənim şəxsi mövqeyimdir”.
B. Muradova qeyd edib ki, ədalətli, yaxud ədalətsiz olmasından asılı olmayaraq bütün müharibələrdə əsirlərin hüquqları beynəlxalq konvensiyaya görə qorunur: “Onlarla rəftar da bu konvensiyalara görə tənzimlənməlidir. Amma biz bilirik ki, Ermənistan nə bu təcavüzü həyata keçirirkən, nə döyüşlər zamanı, müharibədə sağ qalmış insanlarla heç zaman ədalətli olmayıb, bu konvensiyanın müddəalarına əməl etməyib. Bu gün informasiya yayılır ki, azərbaycanlı əsirlər Kəlbəcərdə, eləcə də müxtəlif yerlərdə işlədilir. Bu informasiya ilə bağlı mən dəqiq fikir söyləyə bilmərəm. Amma bunun mətbuat səhifələrinə çıxması, ümumiyyətlə Ermənistanda azərbaycanlı əsirlərin olması və onlarla rəftarın özü həddən artıq çox söz deyir. Hesab edirəm ki, beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupu, həmsədrlər bununla bağlı mövqelərini ifadə etməlidirlər”.
Vitse-spiker bildirib ki, əsirlərin sayı, onların saxlanıldığı yer, onlarla rəftar işləri ilə məşğul olan beynəlxalq qurumlar var. Onun sözlərinə görə, bu faktlar araşdırılmalı, Azərbaycan tərəfinə məlumat vermək üçün dəqiqləşdirilməlidir.
“Bu informasiyalardan çıxış edərək bir çox dairələr hərəkətə keçməlidir. Azərbaycanda əsir və girovlarla bağlı müvafiq komissiyalar b u istiqamətdə fəaliyyəti davam etdirir. Bir çox əsirlərimiz haqda məlumata sahib olsaq da, onların əksəriyyəti haqda belə məlumatlar yoxdur. Ermənistan isə bunları inkar edir. Amma göründüyü kimi informasiyalar da sızmaqdadır ki, əsirlər müxtəlif yerlərdə işlədilir, müxtəlif işgəncələrə məruz qalırlar. Ermənistan gec-tez bu təcavüzün, törətdiyi əməllərin, insanlara qarşı etdiyi rəftarın cavabını verməli olacaq. İstər Ermənistan rəsmiləri, istər bunu törədənlər beynəlxalq məhkəmələrdə cavab verəcək. Bunun üçün müvafiq qurumlar işləməlidir-deyə B. Muradova vurğulayıb.
Qeyd edək ki, jam.az-ın yaydığı məlumata görə, Ermənistana səfər
etmiş qonşu ölkənin vətəndaşlarından biri azərbaycanlı əsirlərin
Kəlbəcərdə qızıl mədənlərdə işlədildiyini deyib. Ac, gücdən düşmüş
əsirlər haqda danışan həmin şəxs onlara ağır işgəncələr verildiyini
bildirib.
Asif
-
Sosial10:44
Hökumət hərəkətə keçdi: Kommunal borclar silinir - Kimlər faydalanacaq?
-
İdman09:44
Berdıyev "Turan Tovuz"u tərk etdi: Rəhbərliklə arasında nə baş verib?
-
Nida Xəbər 09:07
Rusiya səfirindən sülh müqaviləsi ilə bağlı vacib açıqlama: Moskva istəyir ki...
-
İdman06:46
Babasının kəlləsini stadiona gətirdi - VİDEO
-
MDB06:16
Alkoqolun məhv etdiyi ƏN GÖZƏL 5 RUS QADINI - FOTO
-
Magazin205:15
Əfsanə geri dönür - FOTO
-
İdman01:41
Ronaldo ödənilməmiş hesaba görə MƏHKƏMƏLİK OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik macəra da ola bilər