Nida.az
28 mayda əfv olacaqmı?- CAVAB
“Əfvin 28 mayda, yaxud nə zaman olacağı birbaşa prezidentin səlahiyyətində olan məsələdir. Bunu indidən demək çətindir”.
Bu barədə Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı Publika.az-a açıqlamasında mayın 28-də əfvin olacağı ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Əfv Komissiyası ilboyu işləyir: “Müxtəlif toplantılar keçirir. Məhkumların ailələrinin müraciətlərinə baxılır. Bu daimi komissiyadır, fasilələrlə işləmir. İstənilən müraciət istənilən vaxt daxil ola bilər. Biz bu müraciətləri toplayıb nə vaxtsa baxmırıq. İlboyu mütəmadi olaraq əfvlə bağlı müraciətlərə baxırıq. Onları əfv sektorunda işləyir, məhkumun törətdiyi cinayəti araşdırır, qarşı tərəfin fikrini öyrənir, cəzaçəkmə müəssisəsi ilə birgə çalışırıq”.
M. İbrahimqızı qeyd edib ki, əfvin nə vaxt olacağını komissiya üzvləri müəyyənləşdirmir: “Bu prezidentin müstəsna hüququdur və yalnız dövlət başçısı bununla bağlı qərar verir. Hazırda əfvin olacağı, yaxud olmayacağını biz dəqiq bilmirik”.
Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə azvision.az-a açıqlamasında Əfv fərmanının gözlənildiyini bildirib. Deputat qeyd edib ki, Əfv Komissiyası artıq bununla bağlı bir neçə iclasını keçirib.
“Hesab edirəm ki, bu ay ərzində, yəqin ki, 28 maya qədər əfv
fərmanı veriləcək. Gözlənilir ki, cənab prezident humanistlik
nümayiş etdirərək əfv fərmanı verəcək. Əfv fərmanının
olub-olmayacağını prezidentdən başqa heç kim dəqiq bilmir, amma
gözlənilir ki, bu ay əfv fərmanı imzalanacaq”-deyə o bildirib.
Asif
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər