Nida.az
Ərəstun Oruclu partiya yaradır: “Yaxın aylarda qərar veriləcək”
“Azərbaycan-2013” hərəkatı partiyaya çevriləcək.
Bu barədə hərəkatın təsisçisi, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Publika.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda bu məsələ üzərində müzakirə aparılır: “Lakin hərəkatın məhz partiyaya çevrilməsi fikrini hər kəs dəstəkləmir, müəyyən fikir ayrılığı var. Buna görə də hələlik birbaşa partiyaya çevrilmək qərarını vermirik. Əslində partiya olmağın elə bir əhəmiyyəti yoxdur. Bu, sırf hüquqi status baxımından lazımlıdır”.
Ə. Oruclu qeyd edib ki, müəyyən məqamlara aydınlıq gətirildikdən
sonra fəaliyyət proqramını ortaya qoyacaqlar. O, yaxın aylarda,
maksimum yayın sonuna qədər bununla bağlı qərar verəcəklərini
bildirib.
Hərəkatın təsisçisi əlavə edib ki, onları digər siyasi
partiyalarda, hərəkatlardan fərqləndirən əsas amil iqtisadiyyatı
prioritet hesab etmələridir.
“Hesab edirik ki, bütün dəyişikliklərin, islahatların kökü
iqtisadiyyatdan başlamalıdır. Əsas fərqimiz də bundadır.
Azərbaycanda mövcud olan siyasi partiyaların, hərəkatların demək
olar ki, mütləq əksəriyyəti iqtisadi məsələlərə prioritet kimi
baxmır. Halbuki ki, iqtisadiyyat siyasəti, eləcə də ictimai
münasibətləri, hüququ da müəyyənləşdirən amildir. Xarici siyasət
prioritetimiz isə avroatlantik məkana inteqrasiyadır. Hesab etmirik
ki, Azərbaycan Rusiya tərəfə meyllənməlidir. Bütün mövcud
münaqişələri, istər cəmiyyət daxili, istərsə Azərbaycanın ərazi
bütövlüyünün azad olunmasını sülh yolu ilə görürük. Bu da bizim
əsas prioritetimizdən irəli gəlir. Çünki iqtisadiyyat güclü olanda
silaha ehtiyac olmur. Ən güclü silah elə iqtisadiyyatdır”-deyə Ə.
Oruclu vurğulayıb.
Asif
-
Digər03:18
27 milyon tonluq asteroid sürətlə Yerə yaxınlaşır
-
ABŞ02:19
ABŞ gözdağı verdi: Minuteman III qitələrarası ballistik raketilə...
-
Magazin101:35
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO
-
Qoroskop00:17
Günün qoroskopu: tələyə düşmək riski var
-
Magazin200:01
“Prens”in oğlu oldu - FOTO
-
Hadisə20 Sentyabr 22:12
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
-
Ekologiya20 Sentyabr 21:11
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin220 Sentyabr 20:30
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO