Baş konsul Qarabağdakı türk şirkətlərindən danışdı - Özəl
Bizi izləyin

Nida.az

Baş konsul Qarabağdakı türk şirkətlərindən danışdı - Özəl

Baş konsul Qarabağdakı türk şirkətlərindən danışdı-Özəl

Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov türk şirkətlərinin Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərməsinə münasibət bildirib.

Baş konsul Publika.Az-a açıqlamasında deyib ki, bu barədə məlumatlıdırlar: “Mediada yazılanlarla tanışıq, həmçinin ümumi olaraq prosesləri izləyirik”.

Bu şirkətlərlə bağlı Türkiyə hökumətinə müraciət edilməsində gəlincə, H. Zeynalov deyib ki, bu məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi məşğul olur.

“Yaxşı olar ki, bu barədə onlar danışsın. Bu birbaşa bizim işimizə aid deyil. Biz də kənarda baş verənləri izləyirik. Amma səfirlik bu barədə daha ətraflı məlumat verə bilər”-deyə o qeyd edib.

Qeyd edək ki, son günlər türk şirkətlərinin Ermənistan və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində fəaliyyəti ilə bağlı yeni faktlar ortaya çıxıb.

Publika.Az bununla bağlı ətraflı araşdırma (http://publika.az/p/21806) da aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm