Zakir Həsənov Gürcüstan prezidenti ilə görüşdü
Bizi izləyin

Nida.az

Zakir Həsənov Gürcüstan prezidenti ilə görüşdü

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov prezident Georgi Marqvelaşvili tərəfindən qəbul edilib.

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov prezident Georgi Marqvelaşvili tərəfindən qəbul edilib.

Görüşdə tərəflər hərbi-texniki və sənaye sahələrində ikitərəfli əlaqələrin dərinləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Tərəflər regional təhlükəsizlik məsələsinə də toxunublar.

G.Marqvelaşvili və Z.Həsənov regionun enerji nəqli infrastruktrunun təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi bölmələrinin birgə təlimlərinin planlaşdırılması və keçirilməsi məsələlərini müzakirə ediblər.

Qeyd edilib ki, müxtəlif sahələrdə üçtərəfli əməkdaşlıq mövzusu Tiflisdə üç ölkənin iştirakı ilə keçirilmiş forumda müzakirə olunub.

Görüş Tiflisdə Prezident sarayında baş tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm