Nida.az
Rabitə və yüksək texnologiyalar naziri İrana gedir
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iyunun 17-də İrana rəsmi səfər edəcək. Bunu Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla ötən gün İranın Azərbaycandakı səfəri Möhsin Pakayin ilə görüşündə deyib.
Məlumata əsasən, səfər İranın rabitə və informasiya
texnologiyaları naziri Mahmud Vaizinin dəvəti ilə baş tutur. İki
günlük səfər zamanı tərəflər rabitə və informasiya texnologiyaları
haqda mövcud əməkdaşlığın artırılması və əməkdaşlıqların gələcək
prespektivləri məsələlərini müzakirə edəcəklər.
Səfər zamanı tərəflər həmçinin iki ölkənin özəl sektorları arasında
əməkdaşlıqların artırılması, radio və televiziya sahəsində
beynəlxalq aləmdə əlaqələrin genişləndirilməsi, İqtisadi Əməkdaşlıq
Təşkilatı çərçivəsində əməkdaşlıqların artırılması və informasiya
təhlükəsizliyinin təmini ilə bağlı əməkdaşlıqların artırılması kimi
məsələləri müzakirə edəcəklər. /Trend/
-
Ekologiya06:16Tehranda "qara yağış": Qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - Video
-
Magazin205:45Keyt Moss Merilin Monro obrazında - Foto
-
Qoroskop01:40Günün ulduz falı: keçmişdən gələn mövzu yenidən qapını döyə bilər
-
ABŞ00:15İranı bir saat ərzində məhv edə bilərdik - Tramp
-
Kriminal11 Mart 21:51Könül Həmzəyeva saxlanıldı
-
Nəqliyyat11 Mart 21:26Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik
-
Kriminal11 Mart 21:13Bakıda əl enerjisi ilə "müalicə" edən "həkim" saxlanıldı
-
Magazin111 Mart 20:48İTV-dən "Avroviziya" mahnımızla bağlı tənqidlərə cavab




































