
“Səudiyyə Ərəbistanı, yaxud Amerika istəsə, vəhhabilərin əli ilə Azərbaycanı qarışdıra bilər”.
Bu barədə şərqşünas politoloq Zərdüşt Əlizadə Publika.az-a açıqlamasında Suriyada döyüşən azərbaycanlı mücahidlərin təhdidlərini şərh edərkən deyib.
Politoloq vəhhabilərin özlüyündə təhlükə olmadığını düşünür:
“Onlar təhlükəli deyil, yalnız o vaxta qədər ki, Amerika bunu
istəmir. Çünki vəhhabilər Amerikanın layihəsidir və onların
fitvasına uyğun hərəkət edirlər. Bu gün Orta Şərqdə baş verənlər də
bunu göstərir. Suriyada da vəhhabilər Amerikanın, Səudiyyənin
istəyi ilə vuruşur. Bu baxımdan hesab edirəm ki, Amerika
vəhhabilərin əli ilə Azərbaycanı qarışdıra bilər, amma bunu
istəsə”.
Qeyd edək ki, Suriyada döyüşən azərbaycanlı mücahidlər Azərbaycan
hökumətinə Əbu-Bəkr və Ləzgi məscidlərinin açıqlaması ilə bağlı
təhdidli çağırış ediblər. (http://publika.az/p/23858).
Asif