Nida.az
Oqtay Əsədov qırğız həmkarını qəbul etdi
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Qırğızıstan Joqorku Keneşin (parlament) sədri Asılbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, sədr qonağı səmimi salamlayaraq Türkdilli Ölkələrin Parlament
Assambleyası tədbirləri çərçivəsində ikitərəfli əlaqələrin ənənəvi
xarakter aldığını bildirib. Spiker belə görüşlərin əlaqələrimizin
inkişafına xidmət etdiyini söyləyib. Bildirilib ki, müstəqil
Azərbaycan çoxəsrlik tarixi kökləri olan xalqlarımız arasındakı
dostluğun daha da dərinləşməsinə böyük önəm verir.
Münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində dövlət
başçılarının görüşləri böyük rol oynayıb. Qeyd edilib ki, son illər
dövlətlərarası münasibətlərin intensiv xarakter alması gələcək
əməkdaşlıq üçün yaxşı zəmin yaradır.
Spiker təəssüflə bildirib ki, iqtisadi sahədəki əməkdaşlığımız
mövcud potensiala cavab vermir: "Ümid edirik ki, yaxın gələcəkdə bu
sahədə dönüş yaranacaq".
Görüşdə parlamentlərarası əlaqələrdən danışan Mili Məclisin sədri
ölkə parlamentində Qırğızıstanla işçi qrupunun fəaliyyət
göstərdiyini söyləyib, Qırğızıstanın qanunvericilik orqanında da
Azərbaycanla ayrıca belə bir qrupun yaradılmasını dövrün çağırışı
kimi səciyyələndirib. Qeyd edilib ki, deputatlarımız nüfuzlu
beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyət göstərir, onları
düşündürən məsələlər ətrafında geniş fikir mübadiləsi
aparırlar.
O.Əsədov TürkPA-nın Bakıda keçiriləcək 5-ci plenar iclası barədə
danışaraq, bu təşkilatın Türk dünyasının birliyinə və inteqrasiya
proseslərinə, xalqların daha da yaxınlaşmasına xidmət etdiyini
vurğulayıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Qırğızıstan
parlamentinin sədri A.Jeenbekov ölkəmizə səfərindən və burada
gördüyü inkişafdan məmnun qaldığını söyləyib. O, ölkəsinin
Azərbaycanla həyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafında
maraqlı olduğunu qeyd edib.
Görüşdə TürkPA-nın 5-ci plenar iclasına hazırlıq məsələləri,
parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran
digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev,
deputatlardan Əhliman Əmiraslanov, Çingiz Qənizadə və digər rəsmi
şəxslər iştirak ediblər.
-
Magazin100:15Azərbaycanlı müğənni ağır qəzaya düşdü
-
Qoroskop00:00Günün ulduz falı - Sizin ən güclü silahınız odur
-
Magazin13 Mart 23:48Zaur Əmiraslanova ağır itki üz verdi
-
Dünya3 Mart 23:36"Qanlı Ay" tutulması - Kimlər görə bildi?
-
Region3 Mart 23:24İranın məxfi nüvə mərkəzi vuruldu
-
Region3 Mart 22:40Xameneinin dəfn yeri məlum oldu
-
Sağlamlıq3 Mart 21:48Sağlam yuxunun müddəti müəyyən edildi
-
Region3 Mart 20:24İranın yeganə PUA daşıyıcısı məhv edildi


















.jpg)









.jpg)






