Nida Təhlil
Müharibə və seçim: İranın yeni dini lideri niyə Xameneinin oğlu oldu? - DETALLAR
İranın Ekspertlər Məclisi Xameneinin oğlu Müctəba Xameneini yeni dini lider seçib. Müctəbanın atasından sonra bu posta seçiləcəyi/təyin olunacağı gözlənilirdi, lakin rejim daxilində “varislik” prinsipinə qarşı çıxanların olması bu gözləntiləri sual altına salmışdı.
Onun dini lider olmasında iki amilin rol oynadığı aydın görünür:
1. Xamenei ölümündən sonra oğlunu varis kimi təyin edib: istisna deyil ki, keçmiş dini lider yaxın ətrafına – hazırda prosesə de-fakto rəhbərlik edən Laricaniyə bununla bağlı vəsiyyət edib;
Hələ müharibədən öncə post-Xamenei dövrü ilə bağlı məsələlərdə bir məqam xüsusilə diqqət çəkirdi: özündən sonra ailəsinin təhlükəsizliyini və təminatını sığortalamağa çalışan Xameneinin varis kimi oğlunun üzərində dayanması həm də bu qorxularından qaynaqlanırdı; onun Pezeşkianın prezident seçilməsinə dəstək verməsinin səbəblərindən biri kimi də “varis planı”na qarşı çıxan mühafizəkarlara “yerini göstərmək” olduğu deyilirdi;
Bu kontekstdə Müctəbanın yeni dini lider olmasında atasının vəsiyyətinin ciddi rol oynadığı istisna edilməməlidir.
2. Müctəba Xameneinin dini lider olmasında dərin əlaqələrə malik olduğu SEPAH-ın da rolu böyük olub: onun post-Xamenei dövründə liderliyə potensial namizədliyi İranda faktiki olaraq, bütün sahələrə nəzarət edən bu hərbi strukturla əlaqələndirilirdi;
Müctəba Xameneinin seçilməsində “Xomeyni-Xamenei” irsinin – soyadının davam etdirilməsi məsələsi də vurğulanmalıdır. O, Xomeyninin nəvəsi Həsən Xomeyni ilə birlikdə iki əsas namizədən biri kimi qiymətləndirilirdi. Maraqlıdır ki, son günlər – ABŞ-ın İran ətrafına hərbi qüvvələr toplaması və hücuma keçməsi fonunda yeni dini lider kimi Həsən Xomeyninin adı daha çox hallanırdı. Buna baxmayaraq, Müctəbanın seçilməsinin iki səbəbi ola bilər.
Birincisi, SEPAH daxilində Müctəbanı dəstəkləyən qrupların mövqelərinin üstünlük təşkil etməsidir;
İkincisi, Həsən Xomeyni Qərblə dialoqa açıq olan keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhani ilə yaxın münasibətləri var, eləcə də dini elitada daha “mötədil” fiqur kimi tanınır ki, hazırda müharibə şəraitində olan İranda hərbi-siyasi elita loyallığı qəbul etmir;
Üçüncüsü, Xameneinin ölümündən sonra Həsən Xomeyninin adının hallanmasının ABŞ və İsrailin “dini liderliyə potensial namizədi” aradan götürmək cəhdində yanıltmağa hesablandığı da istisna edilməməlidir: Müctəba Xameneinin adı təhlükəsizlik amilinə görə sona qədər gizli saxlanılır, “namizəd” – “hədəf” kimi Həsən Xomeyni önə çıxarılırdı;
Müctəba Xameneinin yeni dini lider olması İranın dialoqdan uzaq, sərt siyasətinin/mövqeyinin davam edəcəyi deməkdir:
a) Müctəba SEPAH-da sərt siyasətin – müharibə tərəfdarlarının fiqurudur;
b) Atasını qətlə yetirənlərlə - ABŞ və İsraillə danışıqlar masasına əyləşməyəcək, yaxud “təslimçi sülhə” razı olmayacaq;
c) İran “total müharibə” prinsipini davam etdirəcək, hətta yeni dini liderin – Müctəbanın “cihad” elan etməsi də istisna edilməməlidir;
Bu seçim İran müharibəsində mümkün anlaşma yollarını bağlayır. İran elitasının əsas qayğılardan biri də yeni dini lideri – Müctəba Xameneini ABŞ-İsrail hücumundan qorumaq olacaq. Buna nə qədər nail olacaqları isə sual altındadır.
Asif Nərimanlı
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





