Dünya
"Qanlı Ay" tutulması - Kimlər görə bildi?
Dünyanın bəzi guşələrinin, o cümlədən Taylandın sakinləri martın 3-də tam ay tutulmasını müşahidə edə biliblər.
Publika.az xəbər verir ki, tutulmanın başlanğıcında və sonunda Ay "qanlı" rəngə boyanıb və adi gözlə aydın görünüb.
Tutulmanın əsas fazası yerli vaxtla saat 18:04-dən 19:05-dək (Bakı vaxtı ilə 15:04-dən 16:05-dək) baş verib. Ayı ən yaxşı şəkildə saat 18:15-dən (Bakı vaxtı ilə 15:15) başlayaraq seyr etmək mümkün olub. "Qanlı Ay"ı müşahidə etmək üçün ən əlverişli şərait Şərqi Asiya, həmçinin Sakit okean regionu, Şimali və Cənubi Amerika sakinləri üçün yaranıb. Rusiyada bu hadisəni yalnız ölkənin şərq hissəsinin, xüsusən də Uzaq Şərqin sakinləri görə biliblər.
Növbəti tam ay tutulması 2028-ci il dekabrın 31-dən 2029-cu il yanvarın 1-nə keçən Yeni il gecəsində gözlənilir.
Ay tutulması Yer kürəsinin dəqiq Günəşlə Ayın arasında yerləşdiyi və planetimizin öz təbii peykinin üzərinə kölgə saldığı astronomik hadisədir. Bu hadisənin baş verməsi üçün hər üç səma cisminin düz xətt boyunca düzülməsi zəruridir ki, bu da yalnız bütöv ay fazasında mümkündür.
Hüseyn İbadlı
-
Magazin100:15Azərbaycanlı müğənni ağır qəzaya düşdü
-
Qoroskop00:00Günün ulduz falı - Sizin ən güclü silahınız odur
-
Magazin13 Mart 23:48Zaur Əmiraslanova ağır itki üz verdi
-
Dünya3 Mart 23:36"Qanlı Ay" tutulması - Kimlər görə bildi?
-
Region3 Mart 23:24İranın məxfi nüvə mərkəzi vuruldu
-
Region3 Mart 22:40Xameneinin dəfn yeri məlum oldu
-
Sağlamlıq3 Mart 21:48Sağlam yuxunun müddəti müəyyən edildi
-
Region3 Mart 20:24İranın yeganə PUA daşıyıcısı məhv edildi














.jpg)









.jpg)






