Ötən il 84 polis əməkdaşı xidmətdən xaric edilib - HESABAT
Bizi izləyin

Nida.az

Ötən il 84 polis əməkdaşı xidmətdən xaric edilib - HESABAT

Daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 118, əsassız saxlamaya görə 35, əsassız polisə gətirməklə bağlı 28 fakt üzrə 341 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülüb. Korrupsiya hüquqpozmaları ilə əla


Daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 118, əsassız saxlamaya görə 35, əsassız polisə gətirməklə bağlı 28 fakt üzrə 341 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülüb. Korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanmış 66 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 106 əməkdaşdan 84-ü xidmətdən xaric edilib, 20-si aşağı vəzifəyə keçirilib, 2-si barədə digər tənbeh növləri tətbiq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 28-də DİN-də 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirib.

Nazir cəmiyyətdə polisin nüfuzunun vətəndaşların müraciətlərinə vaxtında, obyektiv və ədalətli şəkildə baxılmasından, bütövlükdə insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminindən birbaşa asılı olduğunu qeyd edib. O, ötən il vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində dövlət başçısının qarşıya qoyduğu proqram vəzifələrin icrasının daim ciddi nəzarətdə saxlanıldığını və zəruri təşkilati-əməli tədbirlərin ötən il də planlı surətdə yerinə yetirildiyini vurğulayıb.

Daxili işlər naziri bildirib ki, nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən 5 mindən çox, o cümlədən qabaqcadan məlumat verilməklə 64 şəhər və rayon üzrə 476 vətəndaş qəbul olunub, qaldırılan məsələlərin əksəriyyəti yerində müsbət həll edilib. Hesabat ilində vətəndaşlardan nazirliyə 45 minə yaxın, o cümlədən elektron poçt ünvanına 9800 müraciət daxil olub, onların yalnız 3 faizini polis əməkdaşlarından şikayətlər təşkil edib.

O da nəzərə çatdırılıb ki, xalqa xidmət funksiyalarının icrasının və vətəndaş məmnunluğunun daha effektli təşkilinin zəruriliyi baxımından, qanunçuluğun qorunması işinə də böyük tələbkarlıqla yanaşılıb. Nəticədə polis əməkdaşları tərəfindən döymə, işgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahından qanunsuz istifadə etmə halları qeydə alınmayıb. İnsan hüquq və azadlıqlarının pozulması məzmunlu şikayətlər hərtərəfli və obyektiv araşdırılıb, təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm