Azərbaycan əsilli millət vəkilindən şok İŞİD açıqlaması
Bizi izləyin

Nida.az

Azərbaycan əsilli millət vəkilindən şok İŞİD açıqlaması

“İŞİD TBMM də daxil olmaqla bir çox yerlərə hücum edə biləcək mütəxəssisləri internet üzərindən yetişdirir”.

Publika.az xəbər verir ki, bu şok açıqlama ilə Azərbaycan əsilli, MHP-nin İğdır millət vəkili Sinan Oğan çıxış edib.

Onun sözlərinə görə, İŞİD sıralarında 5 minə yaxın türk döyüşür: “İŞİD-in Avropada türklər üzərində təsiri böyükdür və onlardan da bu təşkilata qoşulanlar oldu. Bir müddət sonra İŞİD-in təbii müttəfiqləri ortaya çıxacaq. Dazili işlər nazirimiz Peyğəmbərimizə söz deyincə, bunlarla maraqlansın. Bu gün İŞİD-in heç bir terror təşkilatında olmayan sosial media dəstəyi var. İŞİD insanlarımızı təsir altına salaraq terrorist edir. İŞİD-in Türkiyədəki bağlantıları başda olmaqla, Ramazan vaxtı məscidlərdə pul toplayanlar da daxil olmaqla, İŞİD-ə Türkiyədən gedən yardımlar təcili nəzarətə götürülməlidir”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm