Nida.az
Müdafiə Komitələri arasında qalmaqal: Kim daha yaxşı işləyir?
“Danışmaqdansa, bir-birimizi ittiham etməkdənsə, işləmək lazımdır”.
Publika.az-a açıqlamasında bu sözləri Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini, Mirmahmud Mirəlioğlunun sədrlik etdiyi Birləşmiş Müdafiə Komitəsinin üzvü Xəzər Teyyublu Milli Şuranın yaratdığı Müdafiə Komitəsinin sədri Vidadi Mirkamalın ittihamlarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, 14 siyasi təşkilat bir yerə toplaşaraq həbs
olunanların müdafiəsini təşkil etmək qərarını verib: “Cəmiyyətə də
mesaj verilib. İndiyə qədər üç toplantı keçirilib. Bu gün saat
16:00-da KXCP-nin qərargahında növbəti toplantı keçiriləcək. Kimin
nə deməsindən asılı olmayaraq, gördüyümüz işlər göz
qabağındadır”.
X.Teyyublu bildirib ki, indiki məqamda hansısa ittihamların irəli
sürülməsi yersizdir. “Vidadi bəyin də dediklərinə şərh bildirməyi
mənasız hesab edirəm. İş görmək lazımdır, danışmaq yox”, - deyə o
bildirib.
Qeyd edək ki, V.Mirkamal Publika.az-a açıqlamasında İsa Qəmbərin
təşəbbüsü ilə yaradılan komitəni ittiham etmişdi. O, “özlərinə
sığışdırıb Milli Şuranın yaratdığı Müdafiə Komitəsinə gəlmədilər.
Əvəzində, adında “beynəlxalq” sözü olan mücərrəd bir komitə
yaratdılar” deyib. V.Mirkamal iddia edib ki, onların yaratdığı
komitə ilə bağlı təşəbbüs daha əvvəldən olub. (http://publika.az/p/37989).
Asif
-
Ekopublika.az07:25
Bakıda ən bahalı torpaq harada satılır? - SİYAHI
-
Sağlamlıq07:10
İsti havalarda xaşı bu şorba ilə əvəzləmək olar – Oynaq ağrılarını dayandırır
-
İdman06:14
Şumaxerin ailəsinə təzminat ödəniləcək: Saxta müsahibəyə görə
-
İdman01:05
"Atalanta" "Bayer"i məğlub edərək çempion oldu - VİDEO/YENİLƏNDİ
-
Sosial00:30
Ərdoğan Sərvərə mükafatını təqdim etdi - FOTO
-
Qoroskop00:15
Günün qoroskopu: Mühüm qərarlar qəbul etməyin!
-
Region22 May 22:22
Rəisinin helikopterinin pilotları onlar olub - FOTO
-
Hadisə22 May 22:10
Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib? - VİDEO