Nida Xəbər
Paşinyan parlamentdə Azərbaycanla delimitasiyanın həyata keçirildiyi XƏRİTƏNİ GÖSTƏRDİ
![](https://publika.az/storage/2024/05/22/pasinyan.jpg?v1718503871)
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı” zamanı çıxışında Azərbaycan ilə sərhədlərin delimitasiyası məsələsinə xüsusi diqqət yetirib.
Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyan Azərbaycan ilə sərhədin delimitasiyası prosesinin həyata keçirildiyi xəritəni nümayiş etdirib.
O bildirib ki, Tavuşda ərazilərin güzəştə gedildiyi barədə ittihamlar məntiqsiz və qəbuledilməzdir. Ona görə ki, mövcud dövlət sərhədi indi de-yure bərpa edilir. Sərhədlərin delimitasiyası ilə Ermənistanın təhlükəsizliyi təmin olunur.
Paşinyan deyib: “Ermənistan öz tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi formalaşdırır, suverenliyin, dövlətçiliyin və gələcək inkişafın əsasını qoyur”.
Onun sözlərinə görə, Ermənistan 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha təsdiqləyib.
“Məlum olduğu kimi, 1991-ci ildə Ermənistan və Azərbaycan SSR arasında de-yure sərhədlər mövcud idi. Biz de-yure bu sərhədin bütün əsaslarını qaldırdıq, yoxladıq və sərhədin torpaq üzərindəki yerini müəyyən etdik”, - deyə Paşinyan vurğulayıb.
Baş nazir bildirib ki, hökumətin hazırkı qərarları dövlət qurumları tərəfindən hüquqi cəhətdən əsaslandırılıb.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Avropa05:15
Sunak İsveçrədə MESAJ VERDİ: "Onlar tarixin yanlış tərəfindədirlər"
-
Dünya02:42
Vağzalda çətir altında gəzən iki nəfəri İLDIRIM BELƏ VURDU - ANBAAN VİDEO
-
Qarabağ 01:51
Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikinti prosesindən YENİ GÖRÜNTÜLƏR - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qadınlarla münaqişələr yarana bilər
-
Magazin115 İyun 23:12
Nəsrin bu səbəbdən təlaşa düşdü - VİDEO
-
Sosial15 İyun 22:12
Çingiz Mustafayevin təxliyəsi necə həyata keçirilib? - DETALLAR
-
Sağlamlıq15 İyun 21:48
Ölüm riskini 33% AZALDAN PƏHRİZ - Xərçəngin inkişaf riskini də aşağı salır
-
Sosial15 İyun 21:24
Azərbaycanlı həkimin hotel tikdirmək arzusu ürəyində qaldı - 333 min manat necə mənimsənildi?