Nida.az
TRT-1-in Azərbaycanda yayımı dayandırıldı
Azərbaycan Respublikası ərazisində TRT-1 televiziya proqramının yerüstü yayımının dayandırılması barədə “Türkiye Radyo-Televizyon Kurumu Genel Müdürlüğü”nün Bakı Bürosu tərəfindən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə (“Teleradio” İB) 13 avqust 2021-ci il tarixində müvafiq məktub daxil olub.
Publika.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd olunub ki, sözügedən məktubda TRT-1 televiziya proqramının Azərbaycan Respublikası ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət hesab olunduğu vurğulanıb. Bu baxımdan, yerüstü yayım üçün əlavə maliyyə vəsaitinin ayrılmasının məqsədəuyğun hesab olunmadığı və TRT-1 televiziya proqramının yerüstü yayımının 2022-ci ildən etibarən dayandırılması xahiş edilib.
Qeyd olunan əsasla və Milli Televiziya və Radio Şurasının razılığı ilə 5 yanvar 2022-ci il tarixindən etibarən “Teleradio” İB tərəfindən Azərbaycan Respublikası ərazisində TRT-1 televiziya proqramının yerüstü yayımı dayandırılıb.
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı









.jpg)


.jpg)













.jpg)









