Nida.az
Bakı bu təxribatları gözləyirdi: sərt cavablar olacaq - Polkovnik AÇIQLADI
Son günlər Ermənistanın dövlət sərhədində təxribatları artıb.
Publika.az-a müsahibə verən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, biz torpaqlarımızı işğaldan azad etsək də, erməniləri düşmənçilik siyasətindən uzaqlaşdıra bilməmişik.
- Cənab polkovnik, Ermənistanın sərhədboyu ərazilərdə, xüsusilə Kəlbəcər istiqamətində təxribata əl atmasının səbəbi nədir?
- Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə çalaraq öz torpaqlarını düşmən işğalından azad edib. Ancaq Ermənistan düşmənçilik siyasəti apararaq sərhədyanı ərazilərdə təxribatlar törədir. Ermənistan hər zaman bizə qarşı düşmənçilik edib, ancaq fərq onadadır ki, onlar indi sərhəddə dayanan Azərbaycan əsgərinə qarşı insident törədir. Kəlbəcər istiqamətində elə bir gün yoxdur ki, orada atəşkəs pozulmasın. Azərbaycan tərəfi sadəcə qarşı tərəfin atəş nöqtələrini susdurmaq məqsədi ilə adekvat cavab verir. Ermənistanın dövlət sərhədinə qarant olan ölkə Rusiyadır. Bu səbəbdən ermənilərin addımları müəyyən bir şəkildə Rusiyaya arxalanaraq sərhəddə vəziyyəti gərgin olaraq saxlamağa hesablanıb. Yəni Ermənistan Azərbaycanı qıcıqlandıraraq bu məsələyə Rusiyanı qatmaq istəyir.
- Ermənistan bu cür addımlar atmağa davam edərsə, Azərbaycan hansı tədbirləri görəcək?
- Hazırda Azərbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiya işləri aparılmadığı üçün orada bəzi problemlər yaranır. Yəni beynəlxalq normalar çərçivəsində orada sərhəd atributları yoxdur. Sərhəddə bu cür təxribatların həyata keçirilməsi itkilərin olmasına gətirib çıxarır. Azərbaycan Ordusu ermənilərin törətdiyi insidentlərə adekvat cavab tədbirləri görür. Biz heç kəsin torpağına qarşı iddia irəli sürməmişik, ancaq onlar təxribat törətməyə davam edərsə, ordumuz hər zaman olduğu kimi, adekvat tədbirlər həyata keçirəcək. Azərbaycan Ordusunda olan imkanlar və texnikalar düşmənə qarşı ciddi tədbirlər görməyə imkan yaradacaq. Bu cür təxribatlar davam edərsə, düşmən itki verərək geri oturdulacaq. Sərhədboyu ərazilərdə yerləşən mövqelərdə təhlükəsizlik tədbirlərinin görülməsi, orada xidmət edənlər üçün şəraitin yaxşılaşdırılması məhz bu itkilərin minimuma endirilməsinə xidmət edir. Müdafiə Nazirliyi sərhədboyu ərazilərdə ayıq-sayıqlığın artırılması və gücləndirilməsi ilə bağlı əmr verib. Bu da son zamanlar məhz həmin ərazilərdə erməni təxribatlarının artması ilə bağlıdır. Ermənistan istəsə də, istəməsə də Azərbaycanın apardığı düzgün siyasət nəticəsində sülh müqaviləsini imzalayacaq, delimitasiya və demarkasiya məsələsində razılaşacaq. Ermənistan rəhbərliyə kimin gəlməsindən aslı olmayaraq xarici qüvvələrin əlində alət olub. Onlar hər zaman kənar güclərin sifarişlərini yerinə yetirib. Erməni xalqı bölgədə sülhün olmasını istəyir. Ona görə də xalq Paşinyanı hakimiyyətdə saxladı və revanşist qüvvələrə yox dedi. Ancaq son zamanlar Ermənistan daxilində revanşist qüvvələrin aktivliyi müşahidə olunur. Azərbaycan bundan sonra da tədbirlər görəcək.
- Normallaşma prosesinin getdiyi bir vaxtda Ermənistan niyə bu cür insidentlər törədir?
- Sülh müqaviləsi bağlanmadığı üçün bu cür təxribatların törədilməsi gözlənilir. Müəyyən bir zaman ərzində insidentlərin aktivliyi azala da bilər. Azərbaycan tərəfi bu mövzuyla bağlı müvafiq tədbirlər görür. Ermənistanın törətdiyi bütün təxribatların qarşısı ordumuz tərəfindən qətiyyətlə alınacaq. Qəhrəman əsgərlərimiz həmin ərazilərdə düşmənin cavabını verir. Əlaqələrin normallaşması üçün aparılan işlər fonunda sərhəddə bu cür insidentlərin törədilməsi regionda təhlükəsizliyin və sülhün yaranmasına maneə törədir. Ermənistan hakimiyyətinin verdiyi bəyanatlarla atdığı addımlar arasında ciddi bir ziddiyyət var. Sərhəddə təxribatların sayının artması ilk öncə Ermənistan hakimiyyəti üçün təhlükədir. Çünki ermənilər bu cür addımlar atmağa davam edərsə, kommunikasiya və sərhədlər açılmayacaq. Bunun nəticəsində onlar blokada şəraitində qalmağa davam edəcəklər.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO