Nida.az
Ermənilər Xudavəngə gəlirsə, biz də Xocalıya gedək - Polkovnik
Publika.azmüsahibə verən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Rusiya sülhməramlılarının gedən proseslərə biganə qalması yolverilməzdir.
Müsahibəni təqdim edirik:
- Cənab polkovnik, Qarabağda terrorçu dəstələrin erməni əsilli əhaliyə silahlı təlim keçməsinin səbəbi nədir?
- Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə gedən proseslərə baxsaq, bunların Azərbaycanın maraqlarına zidd olduğunu görəcəyik. Həmin ərazilərdə əli silahlı bir şəxs belə olmamalıdır. Ərazi bütövlüyümüz bərpa olunub və bu məsələ bizim tərəfimizdən birdəfəlik bağlanıb. Torpaqlarımızda terrorçu dəstələrin və maraqlarımıza zərbə vurmaq istəyən qurupların hələ də tərksilah edilməməsi qəbul olunmazdır. Yəni bu məsələ hər an partlaya biləcək minaya bənzəyir. Biz çalışırıq ki, sülhməramlıların fəaliyyətini müsbət dəyərləndirək, ancaq bu cür hadisələri gördükdə rusların kimləri qoruduğu sual altına düşür. Qarabağda yaşayan ermənilərə Azərbaycan tərəfindən heç bir təhlükə yoxdur. Əksinə, dövlətimiz onların təhlükəsizliyinə zəmanət verir.
- Sizcə, Rusiya sülhməramlıları öz fəaliyyətlərinin öhdəsindən gələ bilir?
- 10 noyabr bəyanatına uyğun olaraq torpaqlarımızdan erməni birləşmələri çıxarılmalı idi, ancaq onların buradan hələ də kənarlaşdırılmamasının əsas səbəbi sülhməramlıların öz fəaliyyətini layiqincə yerinə yetirməməsidir. Belə çıxır ki, rus sülhməramlıları orada yerləşən erməni separatçılarını qoruyurlar. Çünki bu cür hadisələr baş verdikcə onların fəaliyyətinin sülhməramlı missiyaya nə qədər uyğun olduğu sualı ortaya çıxır. Azərbaycan tərəfindən qəbul olunmamış şəxslər Qarabağa gələrək sərsəm açıqlamalar verir.
- Əhaliyə paylanan silahlar nə vaxtsa Azərbaycana qarşı çevrilə bilərmi?
- Onlar 10 noyabrdan bəri hələ də terrorçu dəstələri tərksilah edə bilməyiblər. Sülhməramlıların kifayət qədər gücü var, ancaq qanunsuz birləşmələri torpaqlarımızdan kənarlaşdıra bilmirlər, yaxud da bunu istəmirlər. Həmin dəstələrə silah yardımı edilir və müəyyən təlimlər keçirilir. İndi də həmin terrorçular Qarabağda yerləşən erməni əsilli insanlara silah təlimi keçməyə başlayıblar. Həmin silahlı insanlar nə vaxtsa Azərbaycanlılara atəş açacaq. O silahlar Azərbaycana yönəldiləcəksə, Rusiya sülhməramlıları nə işlə məşğuldur? Mülki əhaliyə qanunsuz birləşmə tərəfindən silah təliminin keçirilməsi bizim maraqlarımıza ziddir. Rusiya sülhməramlılarının hazırkı fəaliyyəti bizə uyğun deyil. Azərbaycan bu mövzuda ciddi tələblər irəli sürməlidir.
- Ermənilər sülhməramlıların nəzarəti altında Xudavəng monastrına gedə bilirlərsə, biz niyə Xocalıya gedə bilməyək?
- Önümüzdəki həftə Xocalı soyqrımının 30 illiyi qeyd olunacaq. Necə olur ki, müharibəni qalibiyyətlə başa vuran bir dövlət soyqrımının 30 illiyini Xocalıda keçirə bilmir?! Rusiya sülhməramlıları öz səmimiyyətlərini bu sahədə göstərsinlər və vətəndaşlarımızın təhlükəsizliyini təmin edərək onların Xocalıya getməsinə şərait yaratsınlar. Bunu etsələr, düzgün bir yanaşma olardı. Əgər Xocalıda müəyyən şəxslərin büstlərini qoyublarsa, niyə faciəylə bağlı hər hansısa bir büst və ya abidə ucaldılmasın?! Rusiya sülhməramlılarının bu cür məsələlərə münasibətini anlamaq olmur.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO