Nida.az
Qərbin məqsədi odur ki, Ukraynada... - Polkovnik AÇIQLADI
“Rusiya-Ukrayna qarşıdurması iki ölkə arasındakı gərgin münasibətlərin pik həddinə gətirib çıxarıb. Hazırda nüvə silhanının istifadəsi ilə əlaqədar çox təhlükəli ifadələr də səslənir. Bütün bunların fonunda Qərbin və Rusiyanın bir-birinə barmaq silkələmisini müşahidə edirik. Rusiya və Ukrayna arasındakı müharibə artıq doqquzuncu gündür ki, davam edir. Özünü müdrik sayan dünya isə indiyə qədər müharibənin durdurmaq mexanizmini tapa bilməyib”.
Bunu Publika.az-a açıqlamasında ehtiyatda olan polkovnik,hərbi ekspert Şair Ramaldanov deyib.
Ekspertin sözlərinə görə, yaranmış vəziyyət və gedişat onu göstərir ki, Qərb Ukraynanı müəyyən qədər silahlandırmaqla münaqişənin genişləndirilməsinə xidmət edir: “Lakin nəzərə almaq lazımdır ki, nə qədər çox müqavimət olsa, müharibə bir o qədər dağıdıcı olacaq. Biz bilirik ki, iri şəhərlər mühasirəyə alınıb. Vəziyyət daha da mürəkkəbləşsə, bu şəhərlərin həddindən artıq dağıntıya məruz qalması istisna deyil. Bundan isə sadə Ukrayna xalqı əziyyət çəkəcək. Ona görə də Ukraynanı dəstəkləyən qüvvələr silah göndərmək əvəzinə vəziyyəti sülhə gətirəcək mexanizmlər haqqında düşünməlidirlər. Təəssüflər olsun ki, bu cür addımların atıldığını görmürük. Bütün bunların fonunda Rusiya tərəfi də bu məsələdə axıra qədər gedəcəyini müəyyən edib. Görünür bu münaqişə bu cür yanaşmalarla daha da uzanacaq”.
Ş.Ramaldanov vurğulayıb ki, Ukrayna ordusu və xalqı böyük ruh yüksəkliyi ilə döyüşür və vətənini qoruyur: “Lakin bu gün Ukrayna hava məkanına Rusiyanın nəzarət etməsi onu göstərir ki, Ukrayna orudusunun imkanları məhduddur. Ukraynaya göndərilən silahları da yüngül texnika kimi qəbul etmək olar. Ona görə də Ukrayna ordusunun hava məkanına nəzarəti məhdudlaşır. Yəni sadəcə ruh yüksəkliyi ilə müharibəni qazanmaq olmaz. Son məlumata görə Atom Elektrik Stansiyasının yardımçı binasında yaranmış yanğın da söndürülüb. İnanmıram ki, Rusiya AES-in öz binasına hansısa zərbələr endirsin. Çünki bu zərbələrin nəticələrinin nə qədər dəhşətli olacağını ruslar da yaxşı bilir. Nəticə etibarilə yenə də qeyd edirəm ki, dünya sülhə aparan yolu tapmalıdır”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)