Nida.az
Ukraynada güllələnən soydaşlarımız ŞOK FAKTLARI AÇDI: 7-8 nəfər silahlı atamı... - VİDEO
Fevral ayının 27-i Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən soydaşlarımızın nəşinin vətənə gətirilməsində çətinliklər yaranıb.
Bu barədə Ukraynada qətlə yetirilən soydaşlarımızın yaxınları Publika.az-a məlumat veriblər.
Əslən Kəlbəcər rayonundan olan mərhumların Gəncə şəhərində məskunlaşan yaxınlarının sözlərinə görə, onlara dünyasını dəyişən 4 nəfərin ikisinin ayın 12-də, digər 2 nəfərin nəşinin isə 2 gün sonra vətənə göndərilməsi ilə bağlı məlumat verilib.
Ukrayna-Moldova sərhədində qətlə yetirilən Nemət İsmayılovun oğlu Nicat İsmayılov hadisənin hansı şəraitdə baş verdiyindən danışıb: “Biz avtomobillə Moldova sərhədinə doğru irəliləyirdik. Az qalmışdı. Sərhəddə dayanmışdıq, hamı avtomobildən siqaret çəkmək üçün düşdü. Atamgil siqaret çəkdiyi vaxt qəflətən 3 maşın gəldi. Avtomobildən 7-8 adam düşdü. Əlləri silahlı idi. Birdən atəş açmağa başladılar. Atam aldığı güllə yaralarından yerindəcə keçindi. Biz nə edəcəyimizi bilmədik. Ruslar idi. Qorxumuzdan qaçmağa başladıq. Həmin anda 4 nəfər dünyasını dəyişdi. Biz istəyirik ki, həmin 4 nəfərin meyitini Azərbaycana gətirək və eyni gündə hamısını dəfn edək. Mən özüm 3 gün Moldova ərazisində qaldıqdan sonra Azərbaycana gələ bildim”.
Kəlbəcər sakini Qaçay İsmayılov isə faciə nəticəsində dünyasını dəyişənlərin nəşlərinin ölkəmizə gətirilməsini aidiyyəti qurumlardan xahiş edir: “Faciədir, olub. İstərdik ki, həmin 4 nəfərin meyitinin ölkəmizə gətirilməsi üçün aidiyyəti qurumlar tədbirlər görsünlər. Onların hamısına, konsulluğa da müraciətlər olub. Xarici İşlər Nazirliyinə də demişik. 15 gündür maraqlanan yoxdur. Sadəcə deyirlər ki, 2 nəfərin meyitini bir, digər ikisininkini də birgə ölkəyə gətirəcəyik”.
Yaranan son vəziyyətlə bağlı hazırda Ukraynada olan ailənin yaxını Rafiq Məmmədov da bildirib ki, cənazələr ancaq bir neçə gün fərqlə Azərbaycana gətiriləcək. Öldürülən şəxsin qohumu R.Məmmədov AZAL şirkəti ilə əlaqə saxlanıldığını, 4 cənazənin eyni anda gətirilməsi üçün texniki imkanların olmadığını söyləyib.
AZAL-dan isə şifahi olaraq bildirilib ki, məsələ araşdırılır və ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, 27-i fevral tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq 8 avtomobildən ibarət həmyerlilərimiz Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov dünyasını hadisə yerində, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dəyişib.
-
Nida Xəbər 13:30Müdafiə Nazirliyi bəyanat yaydı - Hücum cavabsız qalmayacaq
-
Nida Xəbər 12:58Naxçıvana neçə PUA ilə hücum edilib? - İran səfirliyi
-
Sosial12:27Naxçıvandan daha bir - Video
-
Hadisə12:18İranın Naxçıvanı vurmasının detalları bəlli oldu: Hücum davam edir - Video
-
Dünya11:35Qaçılmazdır: Yaxın günlərdə neft bu qiymətə olacaq
-
Sosial11:32Nicat Kazımova yeni vəzifə verildi
-
Nida Xəbər 10:34Əli Əsədov qərar imzaladı
-
Region09:48Pezeşkiandan bu ölkənin hərəkətinə reaksiya: Deməli, Qərbdə hələ də...






















.jpg)



.jpg)






