Nida.az
Ordumuz bu halda anti-terror əməliyyatı keçirəcək - Polkovnik

“Son zamanlar Qarabağ daxilində olan erməni separatçılar instensiv şəkildə təxribatlar törətməyə başlayıb. Azərbaycan Ordusu onların törətdiyi hər bir təxribata adekvat cavab verəcək”.
Bunu Publika.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, terrorçu dəstələrə xarici qüvvələr dəstək verir ki, Qarabağ ərazisində təxribatlar törətsinlər: “Onların bunu etməkdə əsas məqsədi bölgədə sülhün yaranmasının qarşısını almaqdır. Yəni, bu bölgədə münaqişənin daim davam etməsində maraqlı olan qüvvələr kifayət qədərdir. Böyük dövlətlər öz siyasətlərini təxribatçı dəstələr və Ermənistan vasitəsi ilə həyata keçirmək istəyirlər. Azərbaycan 44 günlük müharibədən sonra torpaqlarını işğalçılardan təmizləyib ərazi bütövlüyünü bərpa etdi. Ancaq hələ də bəzi revanşist qüvvələr problemlərin yaranması üçün çalışırlar. Həmin insanların maliyyə işlərini isə xaricdə olan erməni diasporları aparır. Vətən müharibəsindən sonra Qarabağ ərazisinə rus sülhməramlıları gəldilər. Ancaq onlar 10 noyabr bəyannaməsinin dördüncü bəndini hələ də yerinə yetirə bilməyib. Erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarından çıxarılması çox vacib bir məsələdir”.
Ş.Ramaldanov vurğulayıb ki, həmin ərazidə yerləşən əlisilahlı dəstələr Azərbaycan üçün təhlükə mənbəyidir: “Həmin terroçu dəstələrin başçısı olan şəxs Ermənistandakı revanşist qüvvələrin nümayəndəsidir. Onlar münaqişənin alovlanması üçün təxribatyönümlü addımlar atırlar. Burada sülhməramlılar da öz öhdəliklərini yerinə yetirməlidirlər. Çünki onlar hər hansısa bir addım atmasa, ermənilər daha da azğınlaşacaqlar. Terrorçu dəstələrin əsas məqsədlərindən biri də Azərbaycanla Rusiya arasında soyuqluq yaratmaqdır. Onlar həm də iki dövlət arasında bağlanmış müttəfiqlik haqqında bəyannamədən narahatdırlar. Ermənilər bu cür təxribatlar törətməyə davam edərsə, Azərbaycan Ordusu sərt addımlar atacaq. Dövlətimiz ermənilərin törətdiyi təxribatları Rusiya tərəfinə təqdim edib, onların torpaqlarımızdan çıxarılması məsələsini yenidən qaldıracaq. Onlar təxribatçıları tərk-silah etməsələr, Azərbaycan anti-terror əməliyyatlarına başlayacaq. Ancaq yaxın zamanlarda əlisilahlı dəstələrin sülhməramlılar tərəfindən tərk-silah olunmasına şahid ola bilərik. Həmin qüvvələr bizim ölkəmiz üçün təhlükə yaradır, ona görə də terrorçular torpaqlarımızdan çıxarılmalıdır. Müharibə zamanı Ermənistan tərəfi Qarabağa döyüşmək üçün muzdlu əsgərlər yerləşdirmişdi. Onların bizim ərazilərimizi tərk etməyi ilə bağlı hələ də məlumat yoxdur. Azərbaycan Ordusu verilən tapşırıqlara uyğun addımlar atır. Əgər ehtiyac olarsa, təhlükə mənbəyini məhv etmək üçün ordumuz xüsusi əməliyyatlar keçirə bilər”.

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır