Nida.az
Artıq çox ölkə hərbi arsenalında "Bayraktar" istəyir - Politoloq
"Türkiyənin istehsal etdiyi "Bayraktar" artıq dördüncü məkandır ki, özünü yaxşı mənada isbat edir. Bu dronlar İkinci Qarabağ müharibəsində də özünü göstərməyi bacardı. Yəni bütün dünya adıçəkilən texnikanın bacarıqlarını gördü"
Bunu Publika.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, artıq bir çox ölkə öz hərbi arsenalında "Bayraktar"ların olmasını istəyir: "Son zamanlar biz görürük ki, bu dronlar Ukrayna-Rusiya müharibəsində də kifayət qədər işə yarayır. Bizim apardığımız müharibə ilə Ukraynanın apardığı döyüş arasındaki fərq odur ki, biz öz hava məkanımıza nəzarət edirdik və istədiyimiz vaxt hava limanlarımızdan onları qaldıra bilirdik. Ukraynada isə bu imkanlar azdır, çünki hava üstünlüyü Rusiyadadır. Ancaq buna baxmayaraq, "Bayraktarlar" öz gücünü göstərir"
E.Şahinoğlu vurğulayıb ki, Qərb ölkələri bir daha ölkələrə qarşı ikili standartlarla yaxınlaşdığını göstərib: "Azərbaycan 44 günlük müharibə ərzində öz ərazisini bərpa etmək üçün savaşırdı, indi də Ukrayna bunu edir. Amma biz haqq savaşımızı apararkən bəzi ölkələr bu silahlara qarşı mənfi situasiya yaratmağa çalışırdı və Türkiyəyə təzyiqlər göstərirdi. İndi isə "Bayraktarlar" Ukraynada özünü göstərdiyi üçün həmin ölkələr adıçəkilən texnikanı tərifləməyə başladılar. Bu bir daha göstərir ki, Qərb dövlətlərinin ikili standartları hələ də mövcuddur. Türkiyə bir neçə il ərzində hərbi texnika cəhətdən kifayət qədər inkişaf etdi. Hətta bəzi ölkələr düşünürdü ki, Türkiyə bu dronlar ilə uğur qazanmayacaq. Rusiya hərbi texnika istehsalına görə öndə olan ölkələrdən biridir, ancaq "Bayraktar" kimi PUA-lar istehsal edə bilmir. "
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı






































