Nida.az
Rusiyanın bu addımı üçtərəfli bəyanata ziddir və heç kim... - POLİTOLOQ
“Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin bəyanatı bir sıra suallar doğurur. Hazırda üçtərəfli bəyatın tələblərini həyata keçirmək lazımdır. Bu bəyanatın qarantoru rolunda çıxış edən Rusiya Ermənistana bəyanatdan irəli gələn tələbləri həyata keçirməsi üçün təzyiq göstərməlidir”.
Bunu Publika.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Ekspertin sözlərinə görə, bundan bir neçə gün öncə Azərbaycan ordusunun oradakı vəziyyətlə bağlı çıxışı hər kəsə aydın vəziyyəti bir daha meydana çıxardı: “Vəziyyət ondan ibarətdir ki, üçtərəfli bəyanatın bəzi müddəaları hələ də həyata keçirilməyib. Rusiya ilk növbədə onu müəyyən etməlidir ki, necə olur ki, rus sülhməramlılarının bölgəyə gəldiyi bir ildən artıq vaxt keçməsinə baxmayaraq oradakı çox mühüm olan maddə - erməni hərbi birləşmələrinin işğaldan azad edilmiş ərazilərdən çıxarılması - hələ də icra edilməyib. Erməni hərbi birləşmələrinin orada olması və Rusiyanın "Dağlıq Qarabağ" ifadəsindən istifadə etməsi üçtərəfli bəyanata ziddir və heç kim Azərbaycana nəyisə diktə edə bilməz”.
Z.Məmmədov vurğulayıb ki, hələ də üçtərəfli bəyanatın mühüm maddəsinin pozulması və erməni terrorçularının sözügedən ərazilərdə olması Azərbaycan ordusunun anti-terror əməliyyatları həyata keçirməsinə gətirib çıxarsın və Azərbaycan məhz özü üçtərəfli bəyanatın müddəalarını birbaşa həll etsin: “Lakin hələlik Qarabağın dağlıq hissəsində yerləşən erməni birləşmələrinin və Rusiya tərəfinin şansı var ki, özləri dinc yolla məsələyə aydınlıq gətirsinlər”.
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video


























.jpg)













