Nida.az
Fərrux kəndi bizdədir: Bakıdan separatçılara NÖVBƏTİ XƏBƏRDARLIQ
"Son günlər Azərbaycanın Qarabağın dağlıq hissəsində atdığı addımlar gözlənilən idi. Son bir il ərzində biz rəsmilərin açıqlamalarına dırnaqarası baxa, sadəcə siyasi ritorika kimi qəbul edə bilərdik, amma bu belə deyil. Ölkə başçısı İlham Əliyev də dəfələrlə deyib ki, biz keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını istəyirik. Biz Qarabağdakı müxtəlif separatçı qüvvələrin mövcudluğunu qəbul eləmirik".
Bunu Publika.az">Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Azərbaycan Ordusunun Fərrux kəndinə nəzarəti bərpa etməsi və bu istiqamətində mövqelərini möhkəmləndirməsinə münasibət bildirərkən deyib.
src="/storage/files/upload/2216fcccb7515c5e3ef8007ffd62207ed8e86724.jpg" style="width: 670px; height: 375.2px;" class="fr-fic fr-dib">
Politoloq bildirib ki, bu istiqamətdə müvafiq tədbirlər görülür və görüləcək: "Bütün tədbirləri, görülən işləri açıqlamaq olmur. Burada hazırlıq işləri də böyük önəm kəsb edir. Hansısa addımı atmaq üçün müəyyən dövrdə buna hazırlıq işləri görülür. Qüvvələr səfərbər olunur. Təlimlər keçirilir. Biz görürdük ki, ordumuzun təlimləri dayanmır. Özü də bu təlimlər Qarabağda şəraitə və məkana uyğun şəkildə keçirilirdi. Xüsusi təyinatlı qruplar da buna hazırlaşdılar. Keçirilən son əməliyyat da elə-belə əməliyyat deyildi. Azərbaycan tərəfi bu əməliyyata uzun müddət hazırlaşıb. Hələ yanvarın ortalarında bizim Müdafiə Nazirliyinin baş qərargah rəisi Qarabağa səfər etmişdi. Təzəlikcə yenə səfərə yollanmışdı. Fərrux əməliyyatı bu səfərlərin nə üçün edildiyini ortaya qoyur. İnsanlarımız tələsik addımlar atılmasını gözləyir. Amma prezidentimiz dəfələrlə söyləyib ki, nəyi nə zaman edəcəyini o bilir. Çünki indi mürəkkəb geosiyasi dövr yaşayırıq. Yəqin ki, məqamı gözləmək lazımdır. Fərrux kəndi ilə bağlı atılan addım çox mühüm addımdır, ona görə ki, hazırda azad olunan ərazilərdə geniş quruculuq işləri gedir. Onun təhlükəsizliyini təmin etmək lazımdır. Əks halda separatçılar bizim mövqeləri atəşə tuta bilərlər. Qarabağın dağlıq hissəsindəki separatçılardan sığortalanmaq üçün bu yüksəklikləri ələ keçirmək lazım idi. Ona görə də bu addımı atdıq. Eyni zamanda bu əməliyyatla Əsgəran və ətraf ərazilər vizual nəzarətə götürülüb. Bu da Qarabağdakı separatçılara bir ismarışdır. Əgər onlar silahı yerə qoymasalar, məhv olacaqlar. Həmin yüksəkliklərdən onları asanlıqla məhv eləmək mümkündür".
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video


























.jpg)













