Nida.az
Üçtərəfli görüş növbəti diplomatik uğurumuzdur - Osmanov
“Brüsseldə keçirilmiş üçtərəfli görüş birmənalı olaraq Azərbaycanın növbəti diplomatik qələbəsidir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Milli Məclisin deputatının fikrincə, Prezident İlham Əliyevin post-münaqişə dövrü üçün sülh gündəliyində nəzərdə tutduğu bütün məsələlərin Brüssel görüşünün yekununda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda bir daha öz müsbət nəticələrini verməsinin əyani sübutu kimi gördük: “Üçtərəfli görüş ilk olaraq 14 dekabr 2021-ci ildə keçirilmişdi. Nəticə etibarı ilə Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən həmin görüşdə artıq sülh gündəliyi bütün müddəalar üzrə formalaşdırılmışdı. Bunun davamı olaraq biz gördük ki, Azərbaycanla Avropa İttifaqı arasında çox intensiv təmaslar oldu. Telefon zəngləri, eləcə də müəyyən səfərlər gerçəkləşdi. Bunun nəticəsi kimi iki gün əvvəl baş tutan görüşdə Sülh Gündəliyinin formalaşmasını gördük. Bu, Azərbaycanın tam şəkildə istəklərinə cavab verir. Masadakı nəticələr də Bakının istəkləri fonunda gerçəkləşdi. 6 aprel üçtərəfli görüşü təxminən 5 saata yaxın davam elədi. Görüşün nəticələri olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda bir daha təsbit olundu ki, Ermənistanla Azərbaycan arasında artıq sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar başlanılsın. Bildiyimiz kimi bununla bağlı Azərbaycan tərəfinin təklif etdiyi 5 maddədən ibarət təklif qəbul olundu. Bunun əsasında da danışıqlar aparılıb”.
Deputat bildirib ki, hər iki ölkənin Xarici İşlər nazirliklərinə tapşırıqlar verildi ki, bu sənədin üzərində iş görülsün:“Bu sənəddə əsas məqam ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü burada öz əksini tapır. Digər tərəfdən, bəyanatda tərəflərin sərhəd məsələsi ilə bağlı birgə komissiyanın yaradılması nəzərdə tutulur. Birinci növbədə sərhədlərin delimitasiya ilə bağlı razılığın əldə olunması məsələsidir. Bunun davamı olaraq sərhəddə gərginliyin aradan qaldırılması vacib məqamlardan biridir. O cümlədən, bu bəyanatda Avropa İttifaqının ərazilərin minalardan təmizlənməsi məsələsinə toxulunub. Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi təxminən 25 faizə qədərdir. İşğal altındakı ərazilərimizdə 30 il ərzində milyonlarla minalar basdırılıb. Ermənistan birinci Qarabağ müharibsəsi zamanı itkin düşmüş 3890 nəfərin taleyi haqqında bu günə qədər məlumat verməyib. Bu məqam da bəyanatda öz əksini tapıb. Digər nüans isə kommunikasiya xəttlərinin – avtomobil və dəmir yolu xəttlərinin çəkilməsi ilə bağlıdır. Eyni zamanda, İqtisadi Məşvərət Şurasının yaradılması da Brüssel görüşündə qəbul olunan bəyanatda öz əksini tapıb”.
Cavid Osmanovun sözlərinə görə, Azərbaycan hər zaman qeyd edir ki, Bakı daim əməkdaşlığa, qarşılıqlı olaraq kommunikasiyaların açılmasına üstünlük verir: “Bu gün Azərbaycan böyük bir coğrafi məkanı birləşdirən əhəmiyyətli logistika mərkəzinə çevrilib. Bunun daha da genişləndirilməsi üçün imkanlar mövcuddur. Azərbaycan bunu da dəfələrlə vurğulayıb. Məlum bəyanatda bu kimi nüanslar da bir daha əksini tapıb. Bu sənəddə “Dağlıq Qarabağ” və “Minsk qrupu” kimi ifadələr yoxdur. Bütün bunlar Azərbaycanın nəzərdə tutduğu gündəliyin formalaşdığını bir daha göstərir. Digər bir məqam isə Avropa İttifaqı-Azərbaycan-Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni formatın yaranmasıdır. Bu da Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün ən vacib məqamlardan biridir. Azərbaycan tərəfi bunu dəfələrlə vurğulayıb. Beləliklə, daha tez sülhə nail olmaq mümkündür. Ən önəmlisi odur ki, Avropa İttifaqı qərəzsiz mövqe tutur və hər iki tərəfin bu quruma böyük bir etimadı var. Ən əsası, Avropa İttifaqı Prezidenti Şarl Mişelin prezident İlham Əliyevlə təmasları dialoqun mühüm şərtidir. Birmənalı şəkildə qeyd etmək olar ki, Brüssel görüşü Azərbaycan diplomatiyasının birmənalı qələbəsidir”.
-
Magazin220:36
Sibel Cana ağır itki - FOTO
-
Sosial20:00
Vüqar Musayev vəzifəsindən AZAD EDİLDİ
-
MDB19:36
Dörd yaşlı qızına təcavüz edən ata 14 İL HƏBS EDİLDİ
-
Magazin218:50
Məşhur opera müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin118:30
Flora Kərimovaya nə olub?
-
Dünya17:22
Ərdoğan “TOGG”, Japarov isə görün nə hədiyyə etdi - FOTO
-
Sosial16:18
Əli Əsədov yeni qərarlar imzaladı
-
Hadisə15:35
Türkiyədə güclü partlayış: xəbərdarlıq siqnalı verildi - FOTO