Nida Təhlil
Əli Kərimli işində Rusiya amili: 2013-cü ildə nələr olmuşdu? - DETALLAR
AXCP sədri Əli Kərimli və digər müxalifət nümayəndələrinin saxlanılmasında vaxtilə mövcud olmuş “Milyarderlər ittifaqı” və Milli Şuranın əməkdaşlığı əsas şübhəli məqam olaraq vurğulanır. Detalları istintaq müəyyənləşdirəcək, hərçənd, 2013-cü il hadisələrini izləmiş siyasi-ictimai cameədə olanlar bu əməkdaşlığın mövcudluğunu təsdiq edər.
2013-cü ildə regionda yaranmış situasiya Rusiyanın maraqlarına uyğun idi. Əsas diqqəti Yaxın Şərqə yönələn ABŞ Gürcüstanda Rusiya ilə anlaşdı: Saakaşvilini göndərdilər və prezident qərbyönümlü, baş nazir rusiyayönümlü, daha dəqiq desək, Moskvaya loyal münasibət bəsləyən fiqur olmaqla hakimiyyət bölgüsü aparıldı;
Ermənistanda forpostunu saxlayan, Gürcüstanda möhkəmlənən Rusiyaya Cənubi Qafqaza nəzarəti tam bərpa etmək üçün Azərbaycan lazım idi. Obama Administrasiyasının “soyuq münasibəti” rəsmi Bakının Moskva qarşısında mövqelərini zəiflədirdi və həmin vaxt FETÖ-yə görə əsas diqqəti daxilə yönəlmiş Türkiyənin bölgəyə təsir imkanları da indiki qədər deyildi. Rusiya üçün münbit şərait yaranmışdı.
Və 2013-cü il prezident seçkilərindən öncə çevriliş planını həyata keçirmək üçün Moskvada azərbaycanlı biznesmenlərdən ibarət “Milyarderlər ittifaqı” yaradıldı. Moskva İvanişvilinin timsalında Tbilisidə tətbiq etdiyi ssenarini baş nazirin keçmiş müavini Abbas Abbasovun kuratorluğu ilə bir araya toplaşan milyarderlərdən ibarət ittifaqla həyata keçirmək istəyirdi. Azərbaycan daxilində isə bu prosesi açıq şəkildə, mətbuatın önündə dəstəkləyən müxalifətin birləşdiyi Milli Şura icra edirdi.
Müxalifətin prezidentliyə vahid namizədi seçilən Rüstəm İbrahimbəyovu Bakıda təntənə ilə qarşılayacaqdılar, lakin “ikili vətəndaşlığı” ortaya çıxandan sonra İbrahimbəyov gəlməkdən imtina etdi. Daha sonra Cəmil Həsənlinin vahid namizədliyi üzərində dayandılar. Müsavat Partiyasının qərargahında vahid namizədin seçildiyi mətbuata açıq konfransların iştirakçısı kimi, dəfələrlə “Rusiya ordusu gəlsə də, təki bu hakimiyyət getsin” sözlərinin şahidi olmuşam. Hətta Milli Şurada təmsil olunan, etniklərin “mədəni muxtariyyətini”, gerçəkdə hədəf “siyasi muxtariyyət” yolunun açılması idi, dəstəkləyənlər bu məsələni tez-tez dilə gətirir, bununla bağlı xüsusi proqramın qəbul edilməsini istəyirdilər. Bu da Moskvadan gələn direktivlərdən idi. Rusiya həmin Azərbaycana qarşı vaxt üç istiqamətdə xüsusi əməliyyat keçirirdi.
Birincisi, etnik kartı işə salmağa çalışırdılar: Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə idarəsinin “Sadval” məktubu mediada tirajlanıb;
İkincisi, azərbaycanlı miqrantların sıxışdırılması idi: Orxan Zeylanov işi bu məqsədlə ortaya atılmışdı;
Üçüncüsü, “Milyarderlər ittifaqı-Milli Şura” xətti idi;
Moskva maksimal hədəf kimi hakimiyyət dəyişikliyini, minimal hədəf kimi isə Bakıya təzyiq etməklə istədiklərinə nail olmağı düşünürdü. Maksimal hədəfə nail ola bilmədilər, hərçənd, Putinin gəmi ilə Bakıya gəlişi və Əliyevlə görüşü “Milyarderlər ittifaqı-Milli Şura” planının arxa fona keçməsindən xəbər verirdi. Rusiyanın dəstəyi ilə Azərbaycanda hakimiyyətə gəlməyə ümid edən Milli Şura ortada qaldı.
Bu kontekstdə Əli Kərimli və digərlərinin saxlanılmasında gündəmə gələn “Milyarderlər ittifaqı”-Milli Şura amili reallığa əsaslanır, hər şey açıq mənbələrdə var. (Detallar kifayət qədər genişdir).
Məsələnin niyə indi hüquqi müstəviyə gəlməsinin siyasi tərəfləri də aydın görünür: 2013-cü ildə regionda hər şey Rusiyanın xeyrinə idisə, indi Azərbaycanın xeyrinədir!
Asif Nərimanlı
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video


























.png)


.jpg)



