Nida.az
Bu reallığı Prezident yaradıb - Cavid Osmanov
“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə xarici ölkələrə səfər edərkən həmin dövlətlərdə yaşayan azərbaycanlılarla görüşmək onun səfər proqramının tərkib hissəsi olurdu. Xaricdə yaşayan azərbaycanlılarla görüşərkən Ulu öndər onların problemləri ilə maraqlanır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində onlara öz tapşırıq və tövsiyələrini verirdi. Bu görüşləri ilə Ümummilli lider Heydər Əliyev diaspor quruculuğunun əsasını qoymuş oldu. 23 may 2001-ci ildə Ulu Öndər “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” sərəncam imzaladı və bu sərəncamın imzalanması dünya azərbaycanlılarının təşkilatlanması işinə çox mühüm bir töhfə oldu”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, sözügedən sərəncama əsasən, 2001-ci il noyabrın 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı baş tutub: “Həmin qurultayda 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak edib. Qurultayda Heydər Əliyev geniş nitq söyləyərək dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında öz fikirlərini söyləyib. Dünya Azərbaycanlılarının I Qurultayında 103 nəfərdən ibarət Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası və onun 23 nəfərdən ibarət İdarə Heyəti seçilib, həmçinin 5 mühüm sənəd qəbul edilib. Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə Ulu öndər Heydər Əliyev 2002-ci ilin 5 iyulunda “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzalayıb”.
Millət vəkili əlavə edib ki, tarixə nəzər saldıqda görürük ki, dünya azərbaycanlılarının təşkilatlanması və diaspor quruculuğu məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu Öndər siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin bu istiqamətdə xidmətləri danılmazdır. Prezidentin müvafiq sərəncamlarına əsasən, Dünya Azərbaycanlılarının 2006-cı il martın 16-da ll, 2011-ci il iyulun 5-6-da lll, 2016-cı il iyunun 3-4-də lV qurultayları keçirilib. Keçirilən hər bir qurultayda Azərbaycan Prezidenti geniş nitq söyləyib, dünya azərbaycanlılarının davamlı olaraq təşkilatlanması və diaspor fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması ilə əlaqədar mühüm tapşırıq və tövsiyələrini verib. Dünya azərbaycanlılarının hər bir qurultayında Azərbaycan həqiqətlərini özündə əks etdirən bir çox mühüm qərar və müraciətlər qəbul edilib, Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün bir sıra vəzifələr müəyyənləşdirilib. Həyata keçiriləcək tədbirlər və görüləcək işlər isə ölkə başçısının 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə adı dəyişdirilən və fəaliyyəti təkmilləşdirilən Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən koordinasiya olunub. 2018-ci ildə yeni “Strateji Yol Xəritəsi”nin işlənib hazırlanması və icrası nəticəsində bu sahədə bir çox uğurlara imza atılıb. “Strateji Yol Xəritəsi”nə uyğun olaraq diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi əsas vəzifələrdən olub. Son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası və 12 ölkədə 18 Azərbaycan Evi yaradılıb ki, bu da həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir. Dünyada yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor fəaliyyətinin genişləndirilməsi işinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox mühüm töhfələr verir. Belə ki, Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olunub və bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır”.
C.Osmanov vurğulayıb ki, dünya azərbaycanlılarının təşkilatlanması və diaspor fəaliyyətinin dövlət tərəfindən davamlı olaraq nəzarətdə saxlanılması, bu istiqamətdə lazımi işlərin həyata keçirlməsi Vətən müharibəsi dövründə öz uğurlu nəticəsini verdi: “Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində diaspor fəaliyyətini yüksək qiymətləndirmək olar. Belə ki, Vətən müharibəsi dövründə diaspor təşkilatları dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirib, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak ediblər. Bundan əlavə, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndəriblər.
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin çox böyük tarixi əhəmiyyəti və rəmzi mənası var. Bu Qurultay bütün dünyaya bir daha nümayiş etdirəcək ki, haqq-ədalət öz yerini tapdı və Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu reallığı isə Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti mümkün etdi. Dünya Azərbaycanlılarının V Qurultayı həmçinin xaricdə yaşayan soydaşlarımızın, mövcud təşkilatların fəaliyyətinin koordinasiyasına, milli həmrəylik və birlik ideyasının reallaşdırılması işinə də öz gələcək töhfəsini verəcək”.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...