Nida.az
Onlar bu prinsiplərə maneə törədirlər - Deputat
“Son zamanlar Ermənistanda baş verən iğtişaşlar Paşinyan hakimiyyətinin devrilməsini və bölgədə sülhün yaranmamasını arzulayan qüvvələr tərəfindən həyata keçirilir. Yəni bu regionda bəzi xarici qüvvələrin geosiyasi maraqları toqquşur”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, erməni xalqı Serj Sarkisyan və Robert Koçaryanın yenidən hakimiyyətə qayıtmağını istəmir: “İğtişaşlar əsasən “Qarabağ klanı” və əvvəlki hakimiyyətin nümayəndələri tərəfindən yaradılıb. Sarkisyan və Koçaryana nifrət o qədər böyükdür ki, xalq Paşinyanın mükəmməl olduğunu qəbul etməsə belə, yenə də ona dəstək verir. Yəni adı çəkilən kriminal şəxslər indiki Ermənistan hakimiyyətini devirmək gücündə deyillər. 44 günlük müharibədə erməni xalqı Azərbaycan Ordusunun gücünü və müharibənin heç bir perspektivinin olmamasını gördü. Respondentlər arasında keçirilən sorğular arasında bir çox Paşinyan tərəfdarı Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Yəni artıq erməni xalqı da başa düşür ki, qonşu dövlətlər ilə müharibə şəraitində yaşamaq yalnız özlərinə ziyan vurur. Ermənistan hakimiyyətinin daxilində baş verən iğtişaşlarda müəyyən qüvvələrin əli ola bilər. Çünki onlar Azərbaycanın irəli sürdüyü, özlərinin qəbul etdiyi 5 prinsipə də maneə törədirlər. Ermənistan daxilində olan bəzi şəxslər hələ də Qarabağın “statusu” ilə bağlı xəyallarla yaşayırlar, ancaq onlar bilməlidir ki, bu məsələyə Azərbaycan tərəfindən son qoyulub. Ümumiyyətlə, Ermənistanda baş verənlər geosiyasi güclərin maraqlarının toqquşmasının nəticəsidir”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
