Özbəkistan Ali Məclisinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Özbəkistan Ali Məclisinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət etdi - FOTO

Özbəkistan Ali Məclisinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət etdi - FOTO

Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda Zəfər parkını və Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Publika.az xəbər verir ki, burada fəxri qarovul dəstəsi düzülüb.

Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə və Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm