Nida.az
Bu, ölkələrə təzyiq göstərməkdir - Deputat
“Azərbaycana qarşı bu cür əsassız iddiaların irəli sürülməsi ikili standartlardan irəli gəlir. Ölkəmizlə bağlı belə açıqlamaların verilməsi qəbuledilməzdir. Bu, demokratiya adı altında ölkələrə təzyiq etməkdən başqa bir şey deyil”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, belə addımların atılması ermənipərəst güclərlə bağlıdır: “Vaxtı ilə Britaniyanın baş naziri Çörçill söyləmişdi ki, demokratiya ideal quruluş olmasa da, biz bundan istifadə edərək bir çöx dövlətlərə iz istəklərimizi diktə edə bilərik. Həmçinin indi də qlobal güclər, ermənipərəst qüvvələr, qeyri-hökumət təşkilatları bu vasitədən istifadə edirlər. Azərbaycan belə qurumların səmimiyyətinə heç vaxt inanmayıb, inanmayacaq. Çünki onlar bu cür addımlar ataraq İraq və Əfqanıstanda həmin dəyərləri bəhanə edərək oraları tarımar ediblər.
Həmin qurumlar Ermənistanın Azərbaycan qarşısında məğlub olmasını qəbul edə bilmirlər. Bu cür hallarla birinci dəfə qarşılaşmırıq. 2008-ci ildə Ermənistanda prezident seçkilərindən sonra etirazlar baş qaldırdı. Həmin etirazçılara qarşı silah tətbiq olundu, ancaq bütün bunlara baxmayaraq, sözügedən qüvvələr Ermənistana qarşı ciddi tədbirlər görmədi. Eyni zamanda 1990-cı illərin əvvəllərində ordumuzun zəif olduğu zaman adıçəkilən ölkə bizə qarşı hücum edərək torpaqlarımızı işğal etdi və sonda 907-ci düzəliş aktı bizə qarşı tətbiq olundu. Bütün bu səbəblərə görə Azərbaycan xalqı onların səmimiyyətinə inanmır. 30 il müddətində bir milyon məcburi köçkünün hüquqları tapdalandı, çadırlarda yaşadı və torpaqları işğal olundu, ancaq o zaman heç kəsdən səs çıxmadı. Həmin güclər öz torpaqlarından zorla çıxarılmış məcburi köçkünlərin hüquqlarını niyə müdafiə etmədilər? Yəni bəzi qlobal güclərin əlinin altında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları demokratik dəyərləri əsas tutaraq müəyyən dövlətlərə təzyiq göstərmək istəyirlər. Burada onların iqtisadi maraqları və digər istəkləri nəzərə alınmadıqda həmin metoddan istifadə edirlər”.
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var








.jpg)
.jpg)














.jpg)












