Nida.az
Bu torpaqlar əsl sahiblərindədir - Rəy
"Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək Kəlbəcər, Laçın, Ağdam rayonlarını bir güllə atmadan işğaldan azad etdi. Müharibənin bitməsi, adıçəkilən rayonların döyüşsüz azad olunması itkilərimizin çoxalmamasına gətirib çıxardı".
Bunu Publika.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Politoloq qeyd edib ki, Azərbaycan torpaqlarını azad edərkən itkilərin minimum olması üçün xüsusi çalışıb:
"Müharibə qanunlarına nəzər yetirdikdə görürük ki, hücum edən tərəf müdafiə olunandan daha çox itki verir. Ancaq İkinci Qarabağ müharibəsində ermənilərin itkisi bizdən qat-qat çox idi. Laçın rayonunun işğaldan azad olunması həm də siyasi qələbədir. Hətta müharibə bitdikdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi siyasi və hərbi qələbə münasibətilə təbrik etdi. Qarabağ ərazisinin demək olar ki, böyük bir hissəsi bir güllə atmadan və itki vermədən işğaldan azad olunub. İndi isə bütün o torpaqlar əsl sahiblərindədir. Laçın Azərbaycanın dilbər guşələrindən biridir və oranın çox füsunkar təbiəti var. Həyatımda bir dəfə Laçında olmuşam və orada insanların necə gözəl yaşadığını və ətraf mühitin gözəlliyini müşahidə etmişəm. Artıq bütün Qarabağ ərazisində bərpa işləri gedir. Yenidənqurma işləri bitdikdən sonra vətəndaşlarımız doğma torpaqlarına qayıdacaqlar. Heç şübhəsiz ki, Laçın şəhəri gələcəkdə turistləri cəlb edən yerlərdən biri olacaq".
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)





























.jpg)

.jpg)