Nida.az
NATO-Rusiya qarşıdurması Azərbaycanın işinə necə yaradı?
Ukrayna böhranından sonra kəskinləşən ABŞ-Rusiya münasibətləri fonunda Azərbaycanın regional əhəmiyyəti artır.
Avropanın enerji təhlükəsizliyinin gələcək xilaskarı rolunu
üzərinə götürən Bakı tranzit funksiyasında da önəmli rola malikdir.
Belə ki, ABŞ-ın Əfqanıstandan çıxarmaq istədiyi hərbi texnika və
canlı heyət üçün yeganə şanslı yol “Qafqaz dəhlizi”, yəni
Azərbaycandır. Halbuki əvvəlcə bunun üçün üç marşrut nəzərdə
tutulurdu.
Birincisi, koalisiya qoşunlarının Özbəkistan-Qazaxıstan-Rusiya marşrutu ilə Litvaya, oradan da Avropaya çatdırılması idi. İkincisi, Fars körfəzinə qədər gətirilməsi ilə buradan daşınması, üçüncüsü isə, “Qafqaz dəhlizi”dir. Yəni, yüklər Əfqanıstandan Türkmənistana, Türkmənbaşı limanından da Bakıya qədər bərə ilə daşınacaq. Bakıdan isə koalisiya qoşunlarının dəmiryolu vasitəsilə Gürcüstanın Batumi limanına, oradan isə Avropaya çatrdırılması nəzərdə tutulur.
Birinci marşrut ilk vaxtlarda istifadə edildi və müəyyən daşınmalar həyata keçirildi. Lakin Ukrayna böhranından sonra ABŞ-la Rusiyanın münasibətləri tamamilə pozuldu və bu gərginlik sözügedən marşruta da təsir etdi. İkinci marşrut Yaxın Şərqdən keçdiyi üçün sərfəli deyil. Hazırda bu coğrafiyanın qan gölünə çevrilməsi avtomatik olaraq bu marşrutu sıradan çıxarır. Üçüncü marşrut isə hazırkı dönəmdə ən sərfəli marşrutdur. Bu marşrutla ABŞ hərbi texnikası və NATO qoşunları daşınması indiki halda daha təhlükəsizlik görünür.
Bir müddət öncə Rusiya mənbələrinin yaydığı məlumata görə, ABŞ
“Azərbaycan Dəmir Yolları” QSC-dən və Bakı-Tbilisi-Qars dəmir
yolundan hərbi yüklərin daşınması üçün istifadə edəcək. Belə ki,
2014-cü ilin payızından başlayaraq 2016-cı ilin sonuna kimi hər ay
“Qafqaz dəhlizi”ndən ən azı 2200 konteyner texnika daşınacaq.
Publika.az-a bu prosesi şərh edən Azərbaycan Milli
Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab
edir ki, Azərbaycanın əhəmiyyəti bu marşrut üzrə artır. Onun
sözlərinə görə, ABŞ və NATO qoşunlarının Ukrayna böhranından sonra
Rusiya marşrutu ilə çıxarılması artıq istisnadır: “Təbii ki,
alternativ yollar Yaxın Şərq və Azərbaycan, yəni Qafqazdır. Yaxın
Şərq indiki şəraitdə o qədər də uyğun deyil. Buna görə də daşınma
bilavasitə Azərbaycan vasitəsilə mümkün olacaq. Bu optimal
yollardan biridir. Artıq hökumətlər arasında konkret razılıq da
var. Bu bir daha Azərbaycanın regionda geostrateji əhəmiyyətini
göstərir”.
Politoloq qeyd edib ki, güc mərkəzləri ilə Azərbaycanın
münasibətləri müsbət elementlər yaradır. Onun fikrincə, bu çox
önəmli bir məqamdır.
“Baxmayaraq ki, bu gün Ermənistan alət olaraq müəyyən güc
mərkəzləri tərəfindən istifadə edilir. Lakin Azərbaycan təkcə
geosiyasi əhəmiyyətə malik deyil, həm də təhlükəsizlik məsələsində,
Qərb dünyasının müəyyən mənada gələcəyində rol oynayır. Hesab
edirəm ki, bütün bunlar Azərbaycanın bu gün də, sabah da
əhəmiyyətini daha da artırır”, - deyə mərkəzin sədri bildirib.
N.Miri hesab edir ki, Azərbaycan özünün Qərbə inteqrasiya
siyasətini gücləndirməlidir: “Hazırkı siyasi kurs davam etdirilməli
və Qərbə inteqrasiya xətti sürətləndirilməlidir. Çünki Ukraynada
baş verən proseslər post-sovet ölkələri üçün təhlükəsizlik
siqnalıdır”.
Asif Nərimanlı
-
Digər03:18
27 milyon tonluq asteroid sürətlə Yerə yaxınlaşır
-
ABŞ02:19
ABŞ gözdağı verdi: Minuteman III qitələrarası ballistik raketilə...
-
Magazin101:35
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO
-
Qoroskop00:17
Günün qoroskopu: tələyə düşmək riski var
-
Magazin200:01
“Prens”in oğlu oldu - FOTO
-
Hadisə20 Sentyabr 22:12
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
-
Ekologiya20 Sentyabr 21:11
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin220 Sentyabr 20:30
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO