Nida.az
Şuşanın iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rolu olacaq - Deputat
“Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olaraq beynəlxalq aləmdə getdikcə daha çox tanınmağa başlayıb. Şuşanın gələn il mədəniyyət paytaxtı elan olunması ilə bağlı Türk Dünyası Təşkilatı ortaq qərara gəlib. Adıçəkilən ərazi işğaldan azad olunandan sonra bir çox tədbirlərə ev sahibliyi etmişdir”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
src="/storage/files/upload/7ae0f3fa60530369b89fc86b0e0bce1b4d0084e1.jpg" style="width: 440px; height: 247.867px;" class="fr-fic fr-dib fr-fil">
Deputat qeyd edib ki, Şuşada beynəlxalq və yerli tədbirlərin sayı çoxalacaq: “Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrinin parlament rəhbərlərinin, həmçinin digər xarici diplomatların Şuşaya səfərinin təşkil olunması çox mühüm bir hadisədir. Belə tədbirlərin siyahısı gələcək aylarda da genişlənəcək. Ötən günlərdə Türkiyə və Gürcüstan parlament üzvlərinin Şuşaya gəlməsi buranın beynəlxalq aləmdə siyasi çəkisinin artmasnın göstəricisidir. Burada hələ quruculuq işləri davam etdirilir. Tikinti işləri yekunlaşdıqdan sonra Şuşa həm müasir, həm də mədəni simvolları özündə ehtiva edən bir şəhərə çevriləcək. Həmçinin burada iqtisadi tədbirlərin keçirilməsi də gözəl təşəbbüsdür. Çünki bu cür addımların atılması ilə Şuşanın iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rolu olacaq. Belə tədbirlərin işğaldan azad olunmuş digər rayonlarımızda da keçirilməsi postmünaqişə reallıqlarının beynəlxalq aləmdə qəbul olunmasını sürətləndirəcək. Yəni Prezident İlham Əliyevin belə bir qərar alması məqsədə uyğundur”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
