Nida.az
Partiya sədri 25 milyon dollarlıq bağ evini satdı
Eks-spiker Rəsul Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Bilgəh qəsəbəsində faktiki olaraq ona məxsus olan bağ evini satıb.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Teleqraf.com-a 1 hektara yaxın ərazisi olan həmin bağ evinə iddialı sabiq deputat Qalib Salahzadənin yaxınları məlumat verib.
Məlumatda qeyd olunur ki, Əliyeva (Camalova) Lətifə Əliağa qızı, Camalov Həmidağa Əliağa oğlu, Camalov Əminağa Əliağa oğlu redaksiyamıza göndərdikləri birgə məlumatda qeyd edirlər ki, anaları Camalova Kübra Mirəbdül Hüseyn qızına məxsus və hazırda onların vərəsə olduğu bağ sahəsinə girişlərinə qadağa qoyulub.
"Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasov bacımız oğlu Hacı Qaliblə söhbət edərkən bildirib ki, sözügedən torpaq sahəsi bir biznesmenə satılıb. Həmin şəxs Rəsul Quliyevə yaxın adamdır. Hacı Qalib həmin vəzifəli kim olduğunu dəqiq bilir, amma adını açıqlamır. Bizə məxsus olan bağ evi boşaldılmalıdır, əks təqdirdə geriş mətbuat konfransı keçirib bu işi arxasında duranların adlarını açıqlayacağıq", deyə məlumatda bildirilir.
Bildirilir ki, 80 sot torpaq sahəsində Hacı Qalib və onun qohumlarının 8-ə yaxın mülkləri var. Bağ evinin qiymətinin 25 milyon dollar olduğu bildirilir.
Məsələ ilə bağlı saytımıza açıqlama verən GAP sədri bağ evini satdığını nə təsdiq, nə də təkzib edib: "Bu şəxsi məsələdir və cəmiyyət üçün də maraqlı olmamalıdır. Kiminsə maşınını və ya evini satması və ya alması niyə başqalarını maraqlandırmalıdır, anlamıram. Qarşı tərəf nədənsə narazıdırsa buyurub dövlətin hüquq-mühafizə orqanlarına müraciət etsin. Qarşı tərəfi də dövlətimiz adından qəbul edilmiş məhkəmə qərarlarına hörmətlə yanaşmağa çağırıran"
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi






















.jpg)









