Nida.az
"Fidan işi"ndə əsas günahkarlar kimlərdir? - DETALLAR
“Əvvəla onu deyim ki, azyaşlı qızın, 15 yaşlı Fidanın (ad şərtidir – red.) belə bir yola düşməsi, erməni xüsusi xidmət orqanlarının əlində alətə çevrilməsi onu göstərir ki, həmin yeniyetmənin ailəsində ciddi problemlər var. Hər bir valideynin ən müqəddəs vəzifəsi, borcu övladlarına düzgün tərbiyə verməsidir. Valideynlər yaxşının və pisin nə olduğunu övladlarına başa salsınlar. Xalqın, dövlətinin problemlərini, keçdiyi tarixi yolu düzgün formada uşaqlarına izah etsinlər. İstənilən ölkədə belə hallar qəbulolunmazdır. Həmin dövlətin və xalqın təhlükəsizliyinə təhdiddir. Bu yanaşma doğru deyil. Hesab edirəm ki, hər bir bu kimi faktla bağlı istər valideynıər, istərsə də yeniyetmələrin məktəbdəki tərbiyəçiləri, müəllimləri ciddi şəkildə məşğul olmalıdırlar”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
src="/storage/files/upload/44ea75be4adea0af5e513fb9897f35226f69b236.jpg" style="width: 357px; height: 267.75px;" class="fr-fic fr-dib">
15 yaşlı Fidan adlı yeniyetmənin erməni xüsusi xidmət orqanları əməkdaşlarının tilovuna düşərək Vətənə xəyanət sayılacaq addımlar atmasına münasibət bildirən deputatın sözlərinə görə, 44 günlük Vətən Müharibəsində şəhid olan gənclərimizin böyük əksəriyyəti 18-22 yaş aralığında idi:
“Deməli, Azərbaycan dövləti vətənpərvərlik tərbiyəsini, Azərbaycançılıq ideologiyasını çox yüksək səviyyədə həyata keçirdiyinə görə, biz bu siyasətin müsbət nəticələrini 44 günlük Qarabağ savaşında gördük. Etnik, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan gənci ölümün üzərinə getdi. O gənclər ölümün gözünə dik baxdılar. Onların hər birinin bu hərəkəti Azərbaycan xalqının və Azərbaycan dövlətinin dünya miqyasında nüfuzunun artmasına səbəb oldu. Deməli, vətənpərvərlik mövzusu cəmiyyətdə özünü çox ciddi şəkildə təsdiq etdirə bildi. Ancaq hansısa bir qız uşağının yoldan çıxarılması və düşmənin dəyirmanına su tökməsi, düşmənə xidmət etməsi həmin ailənin mənəvi deqradasiyasıdır. Bu, yolverilməzdir! Ələlxüsus, 20-ci əsrdə bizə Xocalı kimi bir soyqırımı yaşatmış, ötən əsrin əvvəllərində çoxsaylı qətliamlar törətmiş millətin nümayəndələrinə bu cür yanaşma, eyni zamanda, Qaregin Njde kimi Hitlerin əlaltısı olan, bütün sivil dünyanın nifrət etdiyi bir məxluqa sitayiş etməsi Azərbaycan gəncinə yaraşmır. Bu hadisəni mən heç Azərbaycan gəncinə də aid etmək istəmirəm. Deməli, ailələrdə bu kimi mövzularla bağlı çox ciddi disskussiyalar getməlidir. Uşaqlara ən kiçik yaşlarından dostumuzun və düşmənimizin kim olduğunu göstərməliyik”.
Nəsib Məhəməliyev düşünür ki, “Fidan işi”ndə əsas problem valideynlərdə, daha sonra məktəbdədir: “Təbii ki, təhsil ocağının da burada böyük günahı var. Ən böyük günah isə valideynlərindir ki, övladları bu cür yola düşüblər. Elə məsələlər var ki, onlar genetik yaddaşla, ana südü ilə keçir. Yəni erməni-azərbaycanlı münaqişəsi şəxsi məsələ deyil. Bu, ümummilli məsələdir. 15 yaşlı yeniyetmənin belə bir yola düşməsində erməni xüsusi xidmət orqanlarının destruktiv fəaliyyəti var. Yəni onlar hansısa xüsusi bir proqram əsasında hazırlanmış çirkin bir təbliğatdır. Bu da ola bilər. Mən Dövlət Təhlükəsizlik Xidmətinə bu cür faktın üstünü açdığına görə təşəkkür edirəm. İcraçının kimliyindən asılı olmayaraq, hər bir belə fakt ifşa edilməlidir. Düşmənlə istənilən təmas, əlaqə yolverilməzdir!”.
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?


































