Nida.az
Əməliyyat Qazaxın kəndlərindən başlaya bilər- Politoloq
“Müəyyən güclər Ermənistanı yenidən qızışdırmağa başlayıb. Hətta bu ölkəni Azərbaycanla yeni müharibəyə sürükləyən qüvvələr var. Ermənilərin bu tapşırılqarı haradan aldığını artıq hər kəs bilir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, Həmin güclər əvvəl sülh prosesinə mane olurdularsa, indi Ermənistanı Azərbaycanla müharibəyə təhrik edirlər: “İnsidentlərin xüsusilə Kəlbəcər rayonunun sərhədində olması təsadüfi deyil. Onlar sanki döyüş əməliyyatlarını sınaqdan keçirirlər. Bu bizi qətiyyən qorxutmur, çünki Azərbaycan Ordusunun qüvvəsinə bələdik. Silahlı Qüvvələrimiz istənilən vaxt Ermənistanın başını əzə bilər. Erməniləri qızışdıranlar bölgədə böyük bir savaşın yaranmasını istəyənlərdir. Yəni, həmin güclər bu regionu da qana bulamaq məqsədindədirlər”.src="/storage/files/upload/7396f5e64b5bfd158ea977ba22ec11aecf2d469f.jpg" style="width: 419px; height: 279.333px;" class="fr-fic fr-dib fr-fil">
Q.Hüseynli vurğulayıb ki, Ermənistanda sağlam düşüncəli insanlar başa düşür ki, Azərbaycanla müharibə etmək onların sonu olacaq. Həmçinin Ermənistan daxilində olan revanşist qüvvələr Rusiyadan gələn tapşırıqlara uyğun addım atmağa davam edirlər. Azərbaycan Ermənistana sülh yaratma prosesi üçün müəyyən vaxt verib. Qarşı tərəf bu prosesi ləngitməyə çalışarsa, onlar yenidən Azərbaycan Ordusunun ayaq səslərini eşidəcəklər. Silahlı Qüvvələrimiz çoxdan antiterror əməliyyatlarına hazırlaşır. Ermənistan sabitliyi pozmağa davam edərsə, Azərbaycan əməliyyatlara başlaya bilər. Qazaxın yeddi kəndinin də məhz əməliyyat vasitəsilə təmizlənmə ehtimalı var. Prosesin elə həmin istiqamətdən başlaması da istisna edilmir. Azərbaycan Ermənistanı yola gətirmək üçün müəyyən bir istiqamət seçəcək. Atılacaq addımlar hərbi-strateji qanunlara əsasən tənzimlənəcək. Sərhəddəki insidentlərin qarşısını almaq üçün belə addımların atılması labüddür. Çünki son zamanlar baş verənlər göstərir ki, Ermənistan olanlardan dərs almayıb”.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
















.jpg)


















