Nida.az
İREX-in məxfi missiyası və görüş məkanları – Şok detallar
Ötən ay ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycan mediasının inkişafına dəstək məqsədilə 2,4 milyon dollarlıq qrant müsabiqəsi elan etdiyi və bu vəsaitin təşkilata yaxın QHT-lərə veriləcəyi barədə xəbər vermişdik.
Məlumata görə, ayrılan qrant uğrunda üç iddiaçı - Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX), jurnalist Xədicə İsmayıl və onun ətrafı, eləcə də “İnternyus” təşkilatı var. Mediada yayılan iddialara görə, burada məqsəd ölkədə vətəndaş cəmiyyətində təşkilatlanma aparmaq və növbəti seçki mühitində hökumətə ciddi təzyiq rıçaqları formalaşdırmaqdır. Bu iddialar onlar tərəfindən inkar edilsə də, bəzi faktlarla təsdiqini də tapır.
Publika.az-a özəl mənbələrdən daxil olan məlumatda isə İREX-in Azərbaycanın şimal bölgəsində bir şəbəkə yaratdığı aydın olur.
Mənbə bildirib ki, təşkilatın şimal bölgəsi üzrə əsas mərkəzi Xaçmaz rayonudur. İREX Azərbaycanda fəaliyyətə başladığı 2010-cu ildən 2011-ci ilə qədər şimal bölgəsi üzrə məlumat icma mərkəzini ABŞ-ın Sülh Korpusunun ixtiyarına verib. Məlumata görə, təşkilat Sülh Korpusu nümayəndələrinin yerli əlaqələrinin genişləndirilməsi istiqamətində də çalışıb.
“Bu təşkilat bölgədə ən çox Amerika meylli insanlarla əlaqə yaradırdı, yəni hər kəslə bərabər formada maarifləndirmə işi aparmırdı. İREX-lə əməkdaşlıq edən bir xanımın fəaliyyəti olduqca maraqlıdır. Onun adını açıqlamaq istəmirəm, lakin onu deyə bilərəm ki, ABŞ-ın Azərbaycan səfirliyində çalışır. O, hər həftənin sonu bura gəlir və müəyyən gənclərlə görüşlər keçirir”, - deyə mənbə bildirib.
Mənbə, həmçinin görüşün keçirildiyi ünvanları da açıqlayıb. Belə ki, ABŞ səfirliyinin azərbaycanlı əməkdaşı Xaçmaz rayonunda yerləşən “Karusel” uşaq əyləncə mərkəzində, həmçinin rayonun mərkəzi küçələrinin birində yerləşən “Çuda-peçka” da görüşür.
Maraqlıdır ki, İREX-in rəsmi səhifəsində təşkilatın missiyasının dünyada müsbət davamlı dəyişikliyi irəliyə aparmaq naminə fikir liderliyi və innovativ layihələrin həyata keçirilməsi olduğu deyilir.
Lakin mənbənin məlumatına görə, İREX-in bölgədəki fəaliyyəti məxfi xarakter daşıyır.
“Dediyim iki ünvanda keçirilən görüşlər adi görüş kimi görünsə də, diqqət çəkir. Xüsusilə hər həftə eyni vaxt, eyni ünvanlarda keçirilməsi maraqlıdır. Amerika səfirliyinin xanım əməkdaşı İREX təşkilatına yaxın gəncləri, mütəmadi olaraq bu ünvanlara toplayıb söhbətlər aparır. Onların bir neçəsi də Amerikada təlimlərə qatılıblar. Bu hər dəfə müşahidə etdiyim faktdır. Nə danışdıqları dəqiq deyil, amma gizli olduğu hiss olunur”, - deyə mənbə vurğulayıb.
Asif Nərimanlı
-
Yaxın Şərq17:40Laricaninin dəhşətli ölümü: Yalnız əli tapılıbmış
-
Ekologiya17:07Zümürxan gölü zibilliyə çevrildi - Fotolar
-
Nida Xəbər 16:36Azərbaycanın QHT nümayəndələri Nyu-York merinə etiraz etdilər
-
İqtisadi gündəm15:53Azərbaycanda dövlət qurumları nasaz avtomobilləri sığortalayırmış
-
Sosial15:30Azərbaycanda daşınmaz əmlak sığortasında yeni mərhələ: İkitirəlik yaranacaq?
-
Nida Xəbər 15:23XİN-dən Nyu-York merinə cavab: Təhrikedici bəyanatınızı rədd edirik!
-
Ekologiya15:16İntensiv yağışlar qayıdır - Xəbərdarlıq
-
Sosial13:10Azərbaycanda iyunun 1-dən yeni qayda tətbiq edilir: Nə dəyişəcək?





































