Nida.az
Qubad İbadoğlu “mitinq” iradına cavab verdi: “Bundan harda gəldi istifadə etmək olmaz”
Müsavat başqanlığına iddialı Qubad İbadoğlu müsavatçıların ona tutduğu mitinqdə iştirak etməmək iradına münasibət bildirib.
Publika.az xəbər verir ki, Q. İbadoğlu “facebook”
səhifəsində bildirib ki, o, mitinqlərə mübarizənin hədəfi kimi
baxmır: “Bəzi dostlarımız mənə irad tuturlar ki, mən mitinqlərdə
iştirak etməmişəm. Mitinq adamı deyiləm. Onların düşüncəsi ilə
mənim yanaşmam arasındakı fərq ondan ibarətdir ki, mitinqlərə,
piketlərə, yürüşlərə mübarizəmizin hədəfi kimi deyil, mübarizədə
bir vasitə kimi baxıram. Hesab edirəm ki, bu vasitələrdən siyasi
şəraitdən asılı olaraq istifadə olunmalıdır. Ondan harda gəldi
istifadə etmək və ya bütünlüklə imtina etmək olmaz. Lakin siyası
mübarizədə mitinqi və bu kimi etiraz aksiyalarını son hədəf kimi
qoymaq da düzgün yanaşma deyil”.
Daha sonra o iştirak etdiyi mitinqlərin fotosunu paylaşıb.
Lakin bu, ona irad tutan müsavatçıları qane etməyib. Daha çox A.
Hacılının tərəfdarı olan müsavatçıların buna reaksiyası belə olub:
“Qubad bəy, sizi bir dəfə olsun mitinqdə görməmişik. İştirak
etdiyiniz aksiyalar da QHT-lərlə bağlı olub. QHT-lərlə bağlı aksiya
da kiminsə hansısa qurumda qrant məbləğini ala bilməməsidir. Bunun
mübarizəyə, yaxud 3-4 polislə foto çəkdirib burda paylaşmağınıza
heç bir aidiyyəti yoxdur”.
Qeyd edək ki, Müsavat Partiyası qurultayını sentyabrın 27-nə təyin
edib. Partiyada namizədlərin qeydiyyatı və seçki kampaniyasına
rəsmən start verilib. Lakin rəsmi olaraq qeydiyyatdan keçən
namizədlərin sayı birdir. Belə ki, gənc müsavatçıların namizədi
olan Tural Abbaslı rəsmi olaraq başqanlıq iddiasını ortaya qoyub.
Digər iddialılarsa Arif Hacılı, Qubad İbadoğlu və Səxavət
Əlisoydur.
Asif
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu - FOTO
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO























.webp)










