Nida.az
Vardanyan getdi, Xankəndidə nə gözlənilir? - Bu sazişdən boyun qaçırsalar...
Vardanyan Qarabağa Rusiyanın maraqlarını yerinə yetirmək üçün göndərilmişdi. Digər tərəfdən onun başqa məqsədi də Azərbaycanın təbii sərvətləridən istifadə edərək varlanmaq idi.
Bu sözləri Publika.az-a açıqlamasında üçüncü ordu korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, Vardanyan nə Qarabağda yaşayan ermənilər tərəfindən, nə də Ermənistanda yaşayan ermənilər tərəfindən qəbul olunmadı: “Bunu hər kəs gördü. Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında hər zaman müəyyən soyuqluq olub. Düşünürəm ki, Qarabağdakı ermənilər azərbaycanlılarla qonşu olduqları üçün onların beynində bizlərə qarşı kin azdır. Ermənistanda yeni doğulan uşaqların qulağına pıçıldayırlar ki, türk sənin düşmənindir, yəni orada azərbaycanlılara qarşı olan münasibət daha qatıdır”.
Sabiq komandir vurğulayıb ki, Vardanyan müəyyən bir təsir göstərsə də, ancaq əsas rolu oynamırdı. Orada başqa faktorlar olub.
“Birinci faktor ondan ibarətdir ki, Ermənistanda olan revanşistlər məhz Qarabağdan çıxan keçmiş Ermənistanın rəhbərliyidir və onların da təsiri hələ də regionda var. Xarici ölkədə yerləşən erməni diasporalarının müəyyən bir şəkildə separatçılarla əlaqəsi olmasını nəzərə alsaq, bu da müəyyən bir faktordur. Mən düşünürəm ki, Vardanyanın gedişindən sonra müsbət nəsə gözləmək olar. Digər müsbət məqam isə Azərbaycanın üçtərəfli bəyannamənin tələblərinin yerinə yetirilməsində israrlı olmasıdır. Bəyannamənin dördüncü bəndini, yəni tərksilah məsələsini yerinə yetirə bilsək, yaxın zamanlarda bu problem həll olunacaq. Dördüncü bənd yerinə yetirildikdən sonra inteqrasiya məsələsi sürətlənəcək və Azərbaycan vətandaşı kimi yaşamaq istəyənlər burada qalacaq, istəməyənlər isə çıxıb gedəcək”.
Hərbi ekspert qeyd edir ki, sülhməramlı qüvvələrin vaxtı 2025-ci ildə bitir.
“Mənim fikirimcə, bu vaxt artıq uzadılmayacaq. Buna bu gün Rusiyanın geosiyasi arenada olan vəziyyəti, Ukraynada gedən proseslər imkan verməyəcək. Kimin orada olmasından asılı olmayaraq, Azərbaycan hər zaman öz maraqlarına uyğun hərəkət edəcək. Bunun iki yolu var, ya dinc yolla, ya da müharibə yolu ilə. Azərbaycan hər zaman sülh yolu ilə hərəkət edib. Ancaq qarşı tərəf bu sazişdən boyun qaçırarsa, müharibə qaçılmazdır. Bu proseslərin uzanması heç də Azərbaycanın gələcəkdə maraqlarına uyğun gəlmir. Ona görə də, o ərazidə bütün proseslər nəzarət altındadır. Bütün variantlar nəzərdən keçirilir. Hər-hansı bir variantda Azərbaycanın ordusu və müvafiq qurumları öz hazırlığını görürlər. Azərbaycanın maraqları ərazisində təmin edilməlidir”, - Ş.Ramaldanov deyib.
Aydan Beydullayeva
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)