Nida.az
Başqanlığa namizəddən şok müraciət: “Müsavatda avtoritarizm çiçəklənir”
Müsavat başqanlığına namizəd Səxavət Əlisoy partiyanın ziyalı kəsiminə müraciət edib.
Publika.az xəbər verir ki, başqanlığa namizəd
müraciətində olduqca maraqlı məqamlara toxunaraq bildirir ki, 3
gündən sonra qurultaydır: “Azərbaycanın siyasi həyatında Müsavat
yeni bir ilkə imzasını qoydu. Partiya alternativ əsaslarla seçkiyə
gedir. Hər biriniz hansı namizədə səs verəcəyinizi, yəqin ki,
müəyyən edibsiniz. Bir daha götür-qoy etmənizə zaman var. Nədən ki,
seçiminiz partiyanın formalaşmasında önəmli rol oynayacaq.
Fikrimcə, diqqətlə təhlil etsəniz, partiyanın iki yolunun olduğu
aydın görünər: Birincisi, partiya dünyanın hər hansı bir ölkəsində
baş verən inqilabdan bəhrələnərək icazəli, icazəsiz aksiyalara
üstünlük verir, populist şüarlar səsləndirərək ictimai rəyə təsir
etmək istəyir, gücünə adekvat olmayan tərzdə tələblər irəli sürür,
partiyada avtoritarizm çiçəklənir və s.
İkincisi, partiya təkamül yolunu tutaraq islahatlara gedir. Bütün məsələlərin hüquqi müstəvidə həlli üçün fəaliyyət göstərir. Hər cür inqilabi çağırışlardan və populizmdən biryolluq imtina edir. Qərarlar yalnız bir-iki şəxsin iradəsindən asılı olmur. Partiya gücünə adekvat addımlar atır”.
S. Əlisoy özünün ikinci yolu məqbul saydığını bildirib.
“Çünki mübarizəni yalnız bu yolla davam edəcəyi halda uğur
gətirəcəyinə inanıram”, - deyə o qeyd edib.
Asif
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi