Bakı və Aşqabad razılaşır: Qərb gələcəyi üçün iradə göstərəcəkmi?
Bizi izləyin

Nida.az

Bakı və Aşqabad razılaşır: Qərb gələcəyi üçün iradə göstərəcəkmi?

Bu günlərdə Bakıda keçirilən Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlıq komissiyasının dördüncü iclası enerji böhranı fonunda diqqət çəkən idi. Razılaşmalara görə tərəflər istənilən sferada iqtisadi əməkdaşlığı inkişaf etdirəcəklər, hətta Xəzərdəki anlaşılmazlığın bir yana qoyulacağı da gözlənilir.

Maraqlıdır ki, hər iki ölkə lideri Xəzərin dibi ilə boru kəmərinin çəkilməsinin tərəfdarıdır. Həştərxanda Xəzər sammitinin ardından bu iclasın keçirilməsi də diqqətdən yayınmır.


Publika.az xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” Bakıdakı mənbələrə istinadən xəbər verir ki, iclasın gedişində Xəzərin statusu ilə bağlı iki ölkə arasındakı anlaşılmazlıq müzakirə olunub, lakin əsas prioritet dənizin neft yataqlarından istifadə olub. Ortaq yanaşmaların tapılması tərəflərə əlavə problemlərə güc sərf etmədən birgə layihələrin reallaşmasına imkan verir. Hansı ki, burda əsas məsələ dənizin dibi ilə boru kəmərin çəkilməsi və beləliklə, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan boru kəmərlərinin əlavə enerji mənbələri ilə təmin edilməsidir.


Bu marşrut iki ölkə üçün də strateji baxımdan olduqca əhəmiyyətlidir. BP-nin hesabatına görə, Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qatardan sonra dördüncü yerdə gəlir. Çıxarılan ehtiyatlar 17,5 trilyon kubmetr təşkil edir. Bu ümumi dünya ehtiyatlarının 9 faizi deməkdir. Təbii ki, bu qazın böyük hissəsi ixrac üçün nəzərdə tutulub. Bu baxımdan, Aşqabad öz qazını dünya bazarlarına çıxarmaq üçün şaxələndirilmiş marşrutlara üstünlük verir. Hansı ki, türkmən qazına maraqlı olan Uzaq Şərq alıcıları da var. Bununla yanaşı, Ukrayna hadisələri fonunda Avropanın qaz problemi kəskinləşir və türkmən qazı Qərb üçün aktuallığını artırıb. Türkmən qazının Avropaya ən sərfəli çıxışı isə “Transxəzər” marşurutudur. Belə ki, Rusiyadan yan keçərək dənizin dibi ilə Bakıya, ordan da bu günlərdə təməli atılan “Cənub qaz dəhlizi” ilə Türkiyə, Yunanıstan və İtaliya olmaqla Avropaya çıxarıla bilər.


Artıq rəsmi Bakı Türkmənistan və Mərkəzi Asiya qazına öz kommunikasiya vasitələrini verə biləcəyini açıqlayıb. Aşqabad isə öz sərhədləri yaxınlığında qazı satır, gələcək isə onlar üçün maraqlı görünmür. O da faktdır ki, Türkmənistan Avropa üçün 10 milyard kubmetr qaz ehtiyatı saxlayır. Türkmənbaşı Qurbanqulu Berdiməhəmmədovun mövqeyi belədir ki, qazın Avropaya çıxması üçün lazım olan dənizin dibi ilə boru kəmərinin tikintisi yalnız Xəzəryanı ölkələrin razılığı ilə baş tuta bilər.


Beləliklə, Bakı və Aşqabad bu məsələdə razıdır.


İndi söz Qərbə qalır. Ekspertlərin fikrincə, əgər Avropa lazımlı siyasi iradə göstərib Rusiya və İranın öhdəsindən gələcəksə, bu baş tuta bilər. Yəni bu işdə enerji təhlükəsi ilə qarşı-qarşıya qalan Qərb çalışmalıdır. Bakı və Aşqabad isə öz qazını satır və əlavə problem istəmirlər.



Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm