Nida.az
Sülhəddin Əkbər: “Müsavatdan AzDP-yə gəlmək istəyənlərə məqbul yanaşacağıq”
“Müsavatda fəaliyyətini dayandırıb, bizim partiyada mübarizəyə davam etdirmək istəyənlər olacaqsa, biz buna məqbul yanaşacağıq”.
Bunu Publika.az-a açıqlamasında Azad Demokratlar Partiyasının
(AzDP) sədri Sülhəddin Əkbər deyib.
Partiya sədri qeyd edib ki, burda qeyri-etik yanaşma yoxdur. Onun
sözlərinə görə, hər bir partiya öz sıralarını genişləndirməyi
düşünür.
S. Əkbər yeni başqan Arif Hacılı ilə əməkdaşlıq etməyə normal
yanaşdıqlarını deyib: “Qurultaydan öncə bu Müsavatla demokratiya və
insan haqları mərkəzində əməkdaşlığımız vardı və bu əməkdaşlıq bu
gün də davam edir. Demokratiya və insan hüquq və azadlıqları Azad
Demokratlar Partiyasının əsas prinsiplərindəndir. O baxımdan
Azərbaycanda bu sahədə geniş əsasda funksional əməkdaşlığa hazırıq,
gələcəkdə digər partiyalarla da bu sahədə əməkdaşlığımız mümkündür.
Taktiki əməkdaşlığa gəlincə, bu, əsasən seçkilərlə bağlı ola bilər.
Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir, müvəqqəti, seçki
müddətində müəyyən partiyalarla əməkdaşlıq edə bilərik”.
AzDP sədri AMİP, KXCP və Liberal partiyaları ilə birgə “Avropa
seçimi” partiyalar ittifaqının digər birliklərin taleyini
yaşamasını istəmədiyini açıqlayıb.
“Biz ilkin mərhələdə görüşlər keçirmişik, müzakirələr aparmışıq.
Qərara almışıq ki, partiyalar ayrılıqda öz daxili strukturlarında
müzakirə aparıb mövqelərini dəqiqləşdirsinlər. Ondan sonra ikinci
mərhələyə keçmək olar. Yaxın günlərdə, yəqin ki, yenidən
toplaşacağıq və bu istiqamətdə addımlarımızı davam etdirəcəyik.
İstəmirik ki, bu birlik yarandığı kimi qısa müddətdə dağılsın.
Çünki Azərbaycanda yaranan birliklər və onların sonrakı taleyi
cəmiyyətdə diskussiya olunan problemli məsələlərdən biridir.
Məsələnin qoyuluşu belədir ki, hər bir partiyanın yalnız liderləri
deyil, bütün qərarverici orqanları münasibət bildirdikdən sonra
qərar mərhələsinə keçmək olar. Bu imkan verəcək ki, artıq
liderlərin şəxsi mövqeyindən asılı olmayaraq uzun müddətli və daha
dərin əsaslı birlik qura bilək”, - deyə S. Əkbər bildirib.
Asif Nərimanlı
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi